21- ci əsrin şərəfsiz ideyası - Rus imperiyasını bərpa etməliyik ŞOK
27-11-2015, 20:25
Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Yevgeni Fyodorov qəribə bəyanatla çıxış edib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiyanın məqsədini açıqlayıb.
"Bizim məqsədimiz - Rusiya dövlətinin tarixi ərazilərini 1945-ci il sərhədləri daxilində bərpa etməkdir". O, deyib ki, keçmiş Sovet İttifaqının ərazisi Böyük Rusiyanın ərazisidir. Onu 1991-ci ildə qanunsuz olaraq pozublar. "Bəlkə bizdə kimsə bunu anlamır?".
Deputat deyib ki, Rusiya Federasiyasının məqsədi keçmiş SSRİ respublikalarının ərazisini tutmaq olmalıdır.
“Keçmiş SSRİ-nin bütün ərazisi beynəlxalq hüquqa görə, bizim vətənimizin, bizim millətin ərazisidir. Biz bu sərhədlərin daxilinə də qayıtmalıyıq. Biz bunu etməli olacağıq”.
Bununla belə Fyodrov deyib ki, NATO ilə mübarizə aparmaq düzgün olmazdı. Amma sanksiyalara və rusiyalıların həyat şəraitinin pisləşməsinə baxmayaraq tarixi Rusiya sərhədlərini bərpa edilməlidir.
"Bizim nəyə görə səbr edib, dözürüksə o da bizdə olmalıdır. Həm şəxsi planda, həm sosial, həm bəşəri".
Hələ bir neçə il öncə ruslar SSRİ-nin bərpası ilə bağlı arzularını dilə gətiriblər. Rusiya Dövlət Dumasının Liberal-Demokratlar Partiyası fraksiyasının üzvü Mixail Deqtyarev Kremli ağ rəngə boyamağı təklif etmişdi.
Deputat özünün orijinal təşəbbüsünü onunla əsaslandırıb ki, Kreml ağ rəngə boyanmaqla vahid Avrasiya məkanının bərpa olunmasının simvoluna çevrilə bilər. RLDP deputatları bundan əvvəl də Rusiyanın dövlət bayrağının dəyişdirilərək qara-sarı-ağ rəngdən ibarət olan Rusiya İmperiyasının bayrağı ila əvəz olunması təklifi ilə çıxış etmişdilər.