Erməniyə ərə gedən azərbaycanlı qıza etiraz - Fotolar+Video
15-12-2015, 12:52
teref.az olaraq dünən saytda verdiyimiz, Rusiyada yaşayan azərbaycanlı qızın erməniyə ərə getməsi ilə bağlı lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
teref.az Oxu.Az-a istinadən xəbər verir ki, Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni ilə ailə qurması birmənalı qarşılanmayıb.
Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınayıblar, lakin onu dəstəkləyənlər də olub.
Onlar bildiriblər ki, milliyyətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.
Qeyd edək ki, erməni oğlanla azərbaycanlı qız 2012-ci ildə ailə qurublar, lakin görüntülər sosial şəbəkələrdə indi yayılıb və böyük müzakirələrə səbəb olub. Videoda bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.