"Dollarla kredit götürənlərə güzəştlərin edilməsi maliyyə intizamını poza bilər" - Elman Rüstəmov rədd cavabını belə verdi...

26-01-2016, 14:29           
"Dollarla kredit götürənlərə güzəştlərin edilməsi maliyyə intizamını poza bilər" - Elman Rüstəmov rədd cavabını belə verdi...
Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, E. Rüstəmov deyib ki, "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər".

"Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik", - deyə E. Rüstəmov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.