Baş nazirdən buraxılış imtahanları ilə bağlı (QƏRAR)

4-03-2021, 20:33           
Baş nazirdən buraxılış imtahanları ilə bağlı (QƏRAR)
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə, imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi buraxılış imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edilmiş Qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru