Lukaşenko Heydər Əliyevdən DANIŞDI: Bildiyimə görə, Sizin oğlunuz indi...

15-04-2021, 09:22           
Lukaşenko Heydər Əliyevdən DANIŞDI:
"Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik”.

AZSABAH.COM xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Lukaşenko daha sonra fikrinə belə davam edib:

- Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.

Prezident İlham Əliyev: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.

Prezident Aleksandr Lukaşenko: Bunu bilirik, bu, onun başucalığıdır.

Prezident İlham Əliyev: Bakıda oxuyub.

Prezident Aleksandr Lukaşenko: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru