Tanınmış vəkil Gömrük Komitəsində işləyən ata-oğuldan yazıdı - FOTO

23-04-2021, 23:47           
Tanınmış vəkil Gömrük Komitəsində işləyən ata-oğuldan yazıdı - FOTO
Tanınmış vəkil Elçin Sadıqov ata və oğlunun Dövlət Gömrük Komitəsində çalışması ilə bağlı rastlaşdığı hadisə ilə bağlı sosial şəbəkə hesabında məlumata paylaşaraq məsələni ictimailəşdirib.

Sfera.az xəbər verir ki, vəkil qeydində belə yazıb:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsindəyəm. Nicat adlı əməkdaşın hərkətlərindən idarənin rəis müavini Sənan adlı şəxsə zəng edib şikayətləndim. Dedi telefonu verin Nicata. Nicat telefonu götürüb – "hə, ata”, – deyə cavab verdi”.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru