Nikol Ermənistanı ayıltmaq, reallığı göstərmək missiyasını davam etdirir

21-05-2021, 07:37           
Nikol Ermənistanı ayıltmaq, reallığı göstərmək missiyasını davam etdirir
Nikol Paşinyan bir az öncə parlamentdə 39 dəqiqə çıxış etdi, hələ ki, rus-ingilis dilində mətbuatları hissə-hissə verir. Çox maraqlı açıqlamaları oldu, bir neçə qısa tezislə başlıqlar belədir:
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra Natiq Cəfərli davan edir:
1) Müxalifət mənim 10 noyabr bəyanatına imza atmaqla xəyanət etdiyimi deyir, amma heç biri demir, deyə bilmir ki, mən gəlsəm bu sənəddən imtina edəcəm, bunu deməyə cürətləri çatmır,
2) Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur, 30 ilə yaxın olmayıb, biz bu məsələni həll etməliyik. Nə vaxta qədər hay-küy salmaqla məşğul olacağıq?! Sərhədlər dəqiqləşməlidir,
3) Biz sərhədləri dəqiqləşdirməliyik ki, münasibətləri bərpa edə, müharibə təhkükəsini azalda bilək. Bu Ermənistan üçün normallaşma yoludur.
Başqa tezislər də var, amma diqqətimi bunlar çəkdi. Nikol üstüörtülü danışdı, məsələni bir az açaq:
Ermənistan cəmiyyəti son 26 ildə tam arxayınlaşmışdı, onlar üçün Ermənistan sərhədi TərTərdən, Ağcabədidən, Bərdədən, Horadizdən, Gədəbəydən başlayırdı. Ağcabədidən İravana 400 km məsafə var idi, bu gün Azərbaycan əsgəri Qubadlıda, Laçlnda, Kəlbəcərdə İrəvandan cəmi 100-150 km dən bir az çox məsafədə dayanıb, Ermənistanın Kafan şəhərindən isə 5-10 km aralıdadı. Bu yeni konfiqurasiyadlr, Ermənistan əhalisinin böyük bir hissəsinin son 26 illik kafası bunu həzm edə bilmir, anlamır, reallıqla barışmır, Nikol isə öz əsas missiyasını, Ermənistanı ayıltmaq, reallığı göstərmək missiyasını davam etdirir.
DirənNikol...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.