Azərbaycan Ermənistanla “Sülh sazişi"nə YAXINLAŞDI - İlham Əliyev açıqladı

24-05-2021, 08:12           
Azərbaycan Ermənistanla “Sülh sazişi"nə YAXINLAŞDI - İlham Əliyev açıqladı
“Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tvitter səhifəsində etdiyi paylaşımda qeyd edib.
Ekspertlərin fikrincə, ölkə başçısının bu açıqlamasından belə qənaətə gəlmək olar ki, Ermənistandakı mövcud Paşinyan hökuməti hazırda detalları ictimaiyyətə açıqlanmayan danışıqlarda Azərbaycanla razılığa gəlmək niyyətindədir.
Sülh sazişinin isə 4 həftə sonra Ermənistanda baş tutacaq seçkilərdən sonra imzalanacağı gözlənilir. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini daha da sürətləndirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru