Yeni təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimdir- DOSYE

24-05-2021, 20:23           
Yeni təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimdir- DOSYE
Azərbaycan Prezidenti Emin Zamin oğlu Hüseynovu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib.
Emin Hüseynov 1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı,
2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı,
2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı,
2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru,
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru,
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru Mərkəzi Bankın baş iqtisadçısı,
2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru və Mərkəzi Bankın Baş direktoru,
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyası-ADA da Strategiya və inkişaf məsələləri üzrə prorektor,
2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor,
2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü,
2016-2018-ci illərdə Maliyyə Nazirinin müavini olub.
2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.
Xeyirli uğurlu olsun!
Teref.az yazır ki, təyinatlarda belə ağır çəkili iqtisadçı hələ olmamışdı, dağıntıların miqyasına uyğun iqtisadçı nümayəndə təyin edilib.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.