Bu gün üç astronomik hadisə baş verəcək

26-05-2021, 07:49           
Bu gün üç astronomik hadisə baş verəcək
Bu gün üç astronomik hadisə baş verəcək.

Bu barədə “RİA Novosti” Moskva planetariyasına istinadla xəbər verib.

Məlumata görə, ilk olaraq “Super Ay” hadisəsi müşahidə olunacaq: Səhər tezdən Ay Yerə maksimum səviyyədə yaxınlaşacaq.

İkincisi – Tünd Qırmızı Ay tutulması olacaq.

Üçüncüsü – Tam Ay tutulması baş verəcək.

Kosmik hadisələr Moskva vaxtı ilə saat 14.19 (Bakı vaxtı ilə 15.19) üçün proqnozlaşdırılıb.

Qeyd edək ki, sözügedən astronomik hadisələr 12 ildən bir üst-üstə düşür.

O da vurğulanıb ki, Qırmızı Ay tutulması zamanı Yerin təbii peykini mavi “tac” əhatə edə bilər.

Elm adamlarının sözlərinə görə, Ayın görünüşünə atmosfer ozonu təsir edəcək. Çünki Ay Yerin şimal yarımkürəsində ozon qatından keçən Günəş şüaları ilə işıqlanacaq. Əgər belə olarsa, Ayın üst hissəsi yüngülcə mavi rəngə çalacaq.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru