Murad Dadaşov nazir vəzifəsinə gətirilir – SENSASİON MƏLUMAT

27-05-2021, 22:10           
Murad Dadaşov nazir vəzifəsinə gətirilir –
Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta təyinat olmayıb.
Teref.az xəbər verir ki, məlumata görə “Xəzər TV” MMC-nin Baş Direktoru Murad Dadaşovun sözügedən nazirliyə rəhbər gətirilməsi planlaşdırılır.

Mənbə bildirib ki, Gənclər və idman naziri vəzifəsinə təyin olunması planlaşdırılan şəxslər arasında Murad Dadaşovun da adı var. Ona görə də, M.Dadaşov son zamanlar hər hansı bir məsələdə adının hallanmasını istəmir.

Qeyd edilir ki, M.Dadaşovun bir müddət öncə “Xəzər TV”-dən istefa verməsi ilə bağlı yayılan xəbərin məhz bununla əlaqəli olduğu bildirilir. “M Group Production”dan M.Dadaşovun “Xəzər TV”dən işdən ayrıldığını təsdiqləmişdilər. Sonradan “Xəzər TV” bu xəbəri təkzib etmişdi.
Bakıvaxtı.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru