Paşinyan AÇIQLADI: Zabitlərdən biri 70 dollarlıq qızıla görə S-300 kompleksinin... - VİDEO

31-05-2021, 09:54           
Paşinyan AÇIQLADI: Zabitlərdən biri 70 dollarlıq qızıla görə S-300 kompleksinin... - VİDEO
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərdən birində ordudakı acınacaqlı vəziyyətdən danışıb. Bildirib ki, zabitlərdən biri S-300 zenit-raket kompleksinin içindən platanı cəmi 70-80 dollarlıq qızıla görə çıxarıb.

“Bizə xain deyirlər. Guya hərbi hissələrə baş çəkəndə ora “juçok” yerləşdirmişik. Bizi özləriylə müqayisə edirlər, çünki təəsüflər olsun ki, Ermənistanda S-300 kompleksinin içərisindəki platanı 30-40 min dramlıq (70-80 dollar) qızıla görə çıxaran adamlar var. Düşünə bilirsinizmi? Üstəlik bunu eləyən zabitdir”,-Paşinyan bildirib.



Xatırladaq ki, Azərbaycan ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunun işğal altındakı ərazilərimizdə-Xankəndi ətrafında (Ballıca) və Qubadlı dağlarında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini (cəmi 6 buraxılış qurğusu və kompleksin tərkibinə daxil olan digər texnika) məhv edib. Başqa heç bir digər münaqişədə S-300 komplekslərinin bu cür kütləvi məhv edilməsi baş verməmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru