Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şuşa özünümüdafiə batalyonunun komandiri, Ramiz Qəmbərovun doğum günüdür

2-06-2021, 09:15           
Bu gün Azərbaycanın Milli Qəhrəmanı  Şuşa özünümüdafiə batalyonunun komandiri,  Ramiz  Qəmbərovun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Şuşa özünümüdafiə batalyonunun komandiri, Ramiz Qəmbərovun doğum günüdür
Bəli, Milli Qəhrəman Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur... Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdi Və Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmaqla 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradaraq batalyon komandiri olmuşdur...Şuşanın müdafiəsində əvəzsiz rol oynasa da elə orada müəmmalı şəkildə şəhid olmuşdur
...Bu gün artıq sən də Şuşalısan ,biz də Şuşalıyıq !! Yazıçı -publisist Kərim Kərimli yazır : İlk dəfə olaraq "sənə ağlamayaraq, göz yaşı axıtmayaraq, bütün varlığı darmadağın olurmuş kimi zülüm çəkməyərək, böyük ruh yüksəkliyi, sevinc və fərəh içində müraciət edir, xəcalət hissi olmadan yazıram: Sənin kimi cəsur Azərbaycan əsgəri gözəl Şuşamızı, sənin də xatırladığın kimi, üç tərəfdən əhatə edən sıldırım qayalıqlardan aşdı və uğrunda sənin də canından keçdiyin şəhərimizi TƏNTƏNƏLİ ŞƏKİLDƏ AZAD ETDİ!!
...Bu gün Bakıda o qədər də böyük olmayan bir küçə var - Ramiz Qəmbərov küçəsi... Hər dəfə bu dalandan ötəndə istər -istəməz dönüb o illəri xatırlayırsan... O küçə Sülh küçəsi ilə kəşişir. Ramizi daha yaxşı tanıyanlar bilir, o müharibəyədək həmişə sülh adamı olub. Amma Ramizin adına olan küçə yenə də sülhlə kəşişməməlidir, ta o vaxta kimi ki, onu Şuşada-da, Xankəndində də heykəli başında xatırlayaq...
O gün mütləq olacaq !!
Tezliklə ziyarətinə də gələcəyik !
ƏBƏDİYYƏTİNDƏ arxayın yaşa !!.
Baba Allahnezerov
Ruhun şad, tinin uçmaq olsun dostum Ramiz, rahat yat Şuşa azad oldu!
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.