Hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhidlik statusu verilə bilər...
4-01-2022, 08:05

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olan hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilməyib.
Mediaxeberleri.Az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, mərhum pilotun həmyerlisi, araşdırmaşı jurnalist Səbinə Yusif hökumətə təklif edib ki, hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhidlik statusu verilsin.
Müraciəti olduğu kimi təqdim edirik :
Azərbaycanın Qəhrəman oğlu, əslən Qazax rayonundan olan, hələ də nəşi tapılmayan (29 yanvar, 2008-ci il. 13 ildir nəşi tapılmayıb) hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilməyib.
"Bəs siz niyə dönmədiniz, Qəhrəman Eloğlumuz, sanki Göy yarıldı Göyə çıxdınız. Yoxsa yermi parçalandı, gedər gəlməzə getdiniz.
Hələ də Şəhidlik statusu almayan İgid Azərbaycan oğlu. Bir çox yüksək rütbəli zabitin müəllimi, sizin haqqınız niyə verilmədi? Niyə O Mübarək Şəhid adı rəsmi olaraq sizin adınıza da verilmədi?! Fədakar, Qəhrəman, Qorxmaz, Hərbi sirləri dərindən bilən Komutan, nədən sizə qarşı biganəlik oldu? Bir gülüşünüz bir dünya idi. Bir addımınız böyük uğur idi. Şərəfli Zabit ömrü yaşayan Qəhrəman Eloğlumuz, siz yaşayacaqsınız milyonların qəlbində! Vətənini, Xalqını, haqq-ədaləti sevən hər kəsdən xahiş edirəm, paylaşın. Onun müəllim anası oğul həsrəti ilə dünyasını dəyişdi".
2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir.
İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyev səsimizi eşidəcək. Polkovnik-leytenant Əsgərov Fəxrəddin öz halal adına - Şəhidlik statusuna layiq görüləcək.