Qazaxıstan dərsləri -TƏHLİL

6-01-2022, 08:27           
Qazaxıstan dərsləri -TƏHLİL
Bir neçə gün öncəyə qədər Nursulatan Nazarbayev postsovet dövrünün avtoritar liderləri arasında “milli lider” statusu qazanmağa ən yaxın siyasi lider idi. Lakin Qazaxıstandakı etirazların məhz Nursualtan Nazarbayev kultuna qarşı yönəlməsi, “Get, qoca” şüarı və Taldı-Korqan şəhərində eks-prezidentin abidəsinin dağıdılması göstərdi ki avtoritar liderin milli liderə çevrilməsi mümkün deyil.

Qazaxıstan hadiəslərindən çıxan ikinci nəticə ondan ibarətdir ki, avtoritarizmin, avtoritar lider kultunun müəyyən müddət “ömrü” var, əbədi deyil. Gec-tez xalq avtoritarizmi tarixin zibil qutusuna göndərmək niyyətinə düşür və bunun üçün ayağa qalxır.

Üçüncüsü nəticə belədir ki, avtoritar ölkədə yuxarıdan siyasi islahatlar aparılması mümkün deyil. (Bu haqda bir dəfə də yazmışam. Totalitar rejimin islahatlar aparması mümkündür, amma klebtokratik avtoritar rejimlərin islahat aparması mümkün deyil). Avtoritar rejimin özü-özünü islahat etməsi mümkünsüz olduğu üçün iğtişaşlar qaçılmaz olur. Bu iğtişaşlar uğur qazandıqda inqilab, məğlub olduqda qiyam adlanır (V.Hüqo). Ancaq hətta iğtişaşlar zor gücünə yatırılsa belə, rejim ligitimliyini tamamilə itirir və ölkə növbəti iğtişaşlara “hamilə” olur. Çünki, xalqlar azadlıq, ədalət qazanmaq üçün qapalı dairə olan avtoritar sistemdən çıxmağa can atır.

Qazaxıstan hadiəslərindən çıxan dördüncü nəticə onadn ibarətdir ki, etirazları yönəldəcək, idarə edəcək güclü müxalifət olmadıqda hadisələr hökmən zorakı müstəviyə keçir.

P.S. Təəssüf ki, avtoritar liderlərin heç biri belə hadisələrdən dərs alımır. Qazaxıstan hadiəsləri də postsovet məkanında, İslam dünyasındakı liderlər üçün dərs olmayayacaq.

Xəqani Cəfərli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru