General Qubada otel tikdirir – İcazəni Qusar İcra Hakimiyyətindən alıb - Video

7-01-2022, 16:13           
General Qubada otel tikdirir –
Penitensiar Xidmətin sabiq müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanov Qubada qardaşı ilə bərabər otel tikdirir.

TEREF.AZ yazır ki,Qaynarinfo-nun məlumatına görə, tikinti obyektinin sifarişçisi generalın qardaşı Nazim Ənvər oğlu Əlixanovdur. Quba rayonu, Timiryazev kəndində tikiləcək 3 mərtəbəli otelin və ticarət mərkəzinin ümumi sahəsi 1989.1 m2-dir.

Ən maraqlısı isə Qubada tikiləcək obyektin tikintisinə icazə verən orqan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq tikinti şöbəsidir. Obyektin tikintisinə icazə 2014-ci ildə alınsa da Tikinti obyektinə verilmiş kod 11.10.2021-ci ilə təsadüf edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru