ÜST: “Pandemiyanın sonu artıq görünməkdədir”

11-01-2022, 09:23           
ÜST: “Pandemiyanın sonu artıq görünməkdədir”
Bütün dünyada koronavirus pandemiyasının sonu artıq görünməyə başlayır. Lakin növbəti üç ayda vəziyyət ağır olaraq qalacaq.

Bu barədə bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro məlumat verib.

O, Britaniyanın “Sky News” televiziyasına müsahibəsində bildirib ki, pandemiyanın sonu uzaqda deyil.

Alimin sözlərinə görə, “virus təkamül etməkdə davam edir” və yaxın gələcəkdə yeni koronavirus ştammları meydana çıxacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru