Kiçik biznesi olan sahibkar Emin Ağalarova acıq m əktubla müraciət etdi - məktubun MƏTNİ

12-01-2022, 08:46           
Kiçik biznesi olan sahibkar Emin Ağalarova acıq m əktubla müraciət etdi - məktubun MƏTNİ
Teref.az yazır ki, Nardaranda kiçik biznesi olan Ilkin Muradov adlı vətəndaş sosial şəbəkələr vasitəsi ilə Emin Ağalarova müraciət edib. Ilkin Muradov
müraciətində yazıb:
"Nardaran layihəsinin rəhbəri Emin Ağalarova məktub. Bu məktubu onun rəsmi feysbuk və instagram səhifələrinə də göndərdim.
Salam, Emin bəy. Mən Muradov İlkin Fəxrəddin oğlu. 2019-cu ildə əlavə gəlir qazanmaq üçün Nardaran çimərliyindən icarəyə yer götürmüşəm. Boş torpaq sahəsində 15 min manata yaxın xərc çəkərək kiçik bir obyekt qurduq. Amma həmin mövsüm hava küləkli və yağışlı olduğu üçün tam ziyan etdik. Bir il həmin borcları ödəməyə məcbur oldum. 2020-ci ildə yenə də cüzi xərc çəkərək obyekti işə saldıq. Bu dəfə pandemiya imkan vermədi. Mövsümün yalnız bir ayında- avqustunda dəniz kənarındakı obyektlərin işləməsinə icazə verildi. Yenə də bizə qalan həmin obyekti hazır vəziyyətə gətirmək üçün iki aya yaxın sərf etdiyimiz əziyyət oldu. 2021-ci il mövsümü yaxşı oldu. Və biz 2 ildə etdiyimiz ziyanın xeyli hissəsini bağlaya bildik. Amma qeyd etdiyim kimi, bu üç ildə yalnız birinci ildəki ziyanı qarşılamaq üçün çalışmışıq. 2022-ci ildə isə ümid edirdik ki, bəlkə də qazanc əldə edə bilərik. Amma görünən budur ki, olmayacaq. Mənim özümün işlətdiyim obyekt "Lara Beach", yanında olan "Panorama" ailəvi istirahət mərkəzidir. Yəqin ki, bir sezonda obyektin işlək vəziyyətə gətirilməsi üçün necə əziyyət çəkdiyimizi bilməsəniz də eşitmisiniz. Sizin Nardaran layihəsi bizim 2022-ci il planlarını yox etdi. Artıq çimərlikdə iş aparan işçiləriniz bizim obyektin bəzi hissələrini dağıdıb. Yol kənarındakı sanitar qovşaq, bir taxta besetka texnikalarla sökülüb. Dünən də bizə xəbərdarlıq edilib ki, qalan besetkaları özünüz sökün, ərazini boşaldın, yoxsa traktorla dağıdacaq. Düzdür, bizim heç bir rəsmi sənədimiz yoxdur, amma ölkədə məlum qaydalar çərçivəsində işləmişik. Ora üçün rəsmi sənəd verən bir qurum yox idi. Xalq çimərliyi olan Nardaran bundan sonra olmayacaq, kasıb təbəqənin əl çatan daha bir çimərliyi bağlandı. Amma obyekt sahiblərini də düşünən yoxdur. Bəzi çimərliklərdən fərqli olaraq Nardaranda insanlara əziyyət edilməyib. Pulu olan da, olmayan da bu çimərliyə rahat gəlib. İstəyən ödəniş edərək besetkalarda əyləşib, istəməyən boş ərazilərdə istirahətini edib. Obyektlərin ərazisinə giriş heç zaman pullu olmayıb. Sadəcə təklif edilən xidmətlərdən istifadə etmək istəyənlər ödəniş edib. İndi min bir əziyyətlə qurulan obyektləri "sökürük" deyirlər. Amma heç bir kompensasiya təklif edilmir. Sadəcə xəbərdarlıq!!! Bunun adı nədir? Bu ədalətsizlik deyil? İnsanların əməyini heçə saymaq olarmı? Hələ bu günə qədər bir nəfər gəlib vəziyyəti izah etməyib. Sadəcə hər tərəfdən xəbərdarlıq mesajları gəlir. Mən şəxsən öz adımdan tələb edirəm ki, söküləcək obyektlərə görə müəyyən qədər kompensasiya ödənilsin.
Ilkin Muradov
Əlaqə nömrəsi 0707071907"













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.