Qazaxıstanda qanlı yanvar hadisələrinin QURBANLARI...

16-01-2022, 15:30           
Qazaxıstanda qanlı yanvar hadisələrinin QURBANLARI...
Qazaxıstanda qanlı yanvar hadisələri zamanı öldürülənlərin dəqiq sayı hələ də məlum deyil, baş prokurorluq etirazlarda aralarında mülki sakinlər də olmaqla ən azı 225 nəfərin öldüyünün təsdiqləyib.
Öldürülənlərin əksəriyyətini “silahlı quldurlar və terrorçular” olduğunu bildirir, lakin onların arasında südəmər körpəsini əmizdirərkən güllələnən gənc qadın, sərnişin daşıyan taksi və ictimai nəqliyyat sürücüləri, pensiyaçı ər-arvad, aptekdən dərman almaq, maqazindən ərzaq almaq üçün çıxan və hadisələrə heç bir aidiyyatı olmayan sakin və şəxsiyyəti müəyyənləşdirilməmiş mülki insanlar var.
Rəsmi məlumata görə 4 578 zərərçəkən təsbit edilib, onlardan 4 353-ü yaralıdır, güc strukturlarının 3 393 əməkdaşı xəsarət alıb, ölənlər arasında 19 polis və hərbçi var.
Rəsmi məlumatlarda ölkə morqlarına 225 nəfərin meyidi olmasını, onlardan bir hissəsi terror aktlarında iştirak edən, dövlət binalarına və asayiş keşikçilərinə hücum edən silahlı quldur olması bilidirilir.
Terrorçu adlandırılan şəxslərin meyidlərinin əksəriyyəti terrorçuluğa dəlalət etməyən gənc, dinc şəxslərə aiddir.
Hüquq müdafiəçiləri öldürülənlərin sayının dəfələrlə çox olduğu və onların əksəriyyəti dinc sakinlər olduğunu bildirir.
Məsələn, Şimkənd şəhərindən olan hüquq müdafiəçisi " tibb işçilərinin ifadələrinə görə Şimkənt xəstəxanalarından birinin morquna təkcə yanvarın 6-da 26 meyit gətirildiyini ( şəhərdəki diğər 3 morqa da həmçinin meyidlər gətirilib ) amma rəsmi məlumatlarda bu göstəricilər əksini tapmadığını deyir.
Həmçinin Alma-Ata morqlarındakı meyitlərin sayının bilinmədiyi, onların da ümumi siyahıya əlavə olunmadığını, ümumiyyətlə Alma-Ata morqlarını ciddi qorunduğunu bildirirlər.
Hökümətin özünə yaxın hüquq müdafiəçiləri belə ölkə üzrə öldürülənlərin sayının 1000-dən çox olduğu, son günlər hüquq-mühafizə orqanları jurnalistləri və bloggerləri, o cümlədən baş verən hadisələrə dair postlar və videolar paylaşan sosial şəbəkə istifadəçilərini kütləvi həbs etməsini bildirirlər.
Bu gün üçün həbs edilənlərin sayı 10 mini keçib. Həbs edilənlərə polis idarələrində kütləvi şəkildə işgəncələr verilməsi, işgəncələrə dözməyib ölənlərin olması haqqında məlumatlar var.
Meyidlərin gizlədildiyi zirzəmilərın ünvanı haqqında sosial mediada anonim hesabların məlumatları dolaşır, amma bir neçə ünvan üzrə iddialar təsdiqini tapıb.
Yüzlərlə adam itkin düşmüş hesab edilir və sosial şəbəkələrdə itkin düşənlərin adı, soyadı və ünvanı göstərilən siyahısı yerləşdirilib və bu siyahı hər gün genişlənir.
Bu gün üçün ( 16.01.2022 ) son məlumatlara görə itkin düşənlərin siyahısında 500-dən çox ad-soyad yer alır.
Şahidlərin ifadələrinə görə yanvarın 6-da axşam Alma-Atanın mərkəzi meydanına toplaşanlara rus dilində danışan və tanınma nişanları olmayan hərbçilərin atəş açdığını bildirilir.
Bunlar KTMT kontingentindən bir neçə saat əvvəl şəhərə yeridilən Rusiya GRU xüsusi təyinatlıları və Vagner muzdluları olması haqqında məlumatlar var.
Rusiya GRU xüsusi təyinatlıları və Vagner muzdluları olması haqqında məlumatlar təkcə şahid ifadələrində deyil , bir neçə ölkənin xüsusi xidmətlərə bağlı şəbəkələr də paylaşdı.
8-10 yanvar aralığında Rusiya rəsmiləri ilə Türkiyə və Çin
rəsmilərinin təmaslarda bu fakt müzakirə olundu və Çin və Türkiyə Qazaxstana hərtərəfli dəstək ifadə etdilər.
Yanvarın 10-da Çinin xarici işlər naziri Vanq Yi-nin Rusiya XİN-i Lavrovla telefon danışıqlarında və eyni gündə 3 saat sonra Çin lideri Si Cinpinin Lukaşenko ilə telefon danışıqlarından bu müzakirə olundu.
Yanvarın 11-də Çin və Türkiyənin xarici işlər nazirləri telefonla Qazaxstandakı vəziyyəti müzakirə etdilər.
Eyni gündə, yanvarın 11-də Rusiya KTMT-nin hərbiçilərinin Qazaxstandan çıxması haqqında qərar qəbul etdi və qərardan bir neçə saat sonra ilk qrup Qazaxstanı tərk etməyə başladı.
Yeganə Hacıyeva
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.