"Situasiya 1936-cı ilin situasiyasına bənzəyir..." - Alman jurnalist Putini Hitlerlə müqayisə edib

18-01-2022, 09:26           
"Situasiya 1936-cı ilin situasiyasına bənzəyir..." -
«Frankfurter Allgemeine Sonntagszeitung» nəşrinin (Almaniya) şərhçisi Konrad Şuller bazar günü sütununda faktiki olaraq Rusiya Prezidenti Vladimir Putini hərbi cani Hitlerlə müqayisə edib.

Rusiyanın Avropada təhlükəsizlik zəmanəti addımlarının təminatı imkanlarını şərh edərkən, Şuller yazır: «Rusiyanın iddiaları Avropanı təhdid edir və situasiya 1936-cı ilin situasiyasına bənzəyir. O zaman faşistlər İspaniyaya soxulublar».

Müəllifin fikricə, Hitlerin uzun müddət görməzliyə vurulması halında olduğu kimi, Qərb artıq bu cür kar-kor ola bilmir. Vladimir Putin tərəfindən təqdim olunmuş tələblər göstərir ki, Rusiya həmkar yox, hegemon olmaq istəyir.

«Moskva tərəfindən təklif olunmuş müqavilə layihəsinə əsasən, Ukrayna, Finlandiya və İsveç müttəfiqlik seçimini itirərdi, Polşa və Baltikyanı ölkələr isə NATO qüvvələrini öz ərazisinə buraxa bilməzdi. Bundan başqa, Amerika özünün nüvə silahını Avropadan çıxarmalı olardı. Vladimir Putin tərəfəfindən təqdim olunmuş tələblər Rusiyadan güc düzəltməyə can atdığını, vassallarla əhatə olunduğunu göstərir - əvvəllər Sovet İttifaqı olduğu kimi» - Şuller hesab edir.

Onun fikrincə, Almaniyanın yeni hökumətinin koalision sazişində əksini tapmış Avropa federativ dövlətinin məqsədi Avropa ilə sıx inteqrasiyanı nəzərdə tutur ki, orada ayrıca hər bir ölkənin təhlükəsizliyi həyat, digər ölkələr üçün ölüm məsələsinə çevrilir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.