Əliyevin Ukrayna səfəri Putin və Erdoğanın gündəmində
19-01-2022, 12:29

Prezident Ilham Əliyevin Ukraynaya keçən həftə etdiyi səfər Türkiyə lideri Erdoğan və Rusiya Prezidenti Putinin gündəminə düşüb.
Albaniyadan qayıdan təyyarənin göyərtəsində jurnalistlərlə görüşən Türkiyə Prezidenti Rusiyanın Ukraynaya hərbi müdaxilə perspektivini real hesab etmədiyini deyib.
"Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Bundan başqa, Rusiyanın bu addımın atılması üçün bütün dünyadakı vəziyyəti və öz vəziyyətini nəzərdən keçirməlidir, - Türkiyənin Anadolu Agentliyində Recep Tayyip Erdoğanın sözləri iqtibas olunur.
"Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. İndi biz müharibəni siyasət tarixindən silməliyik".
Jurnalistlərlə görüşü vaxtı Türkiyə lideri həmçinin Azərbaycan Prezidentinin Ukraynaya səfərini də dilə gətirib.
"Azərbaycan Prezidenti Əliyev Ukraynada idi. İndi mən də İlham bəylə danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik".

Zelenski və ƏliyevŞƏKLİN MƏNBƏYİ,AZERTAG
Bu arada Ukrayna məsələsi artıq Azərbaycan və Rusiya liderləri arasında müzakirə mövzusu olub. Bu barədə Kremlin mətbuat xidməti bildirir.
Rəsmi açıqlamada qeyd olunur ki, İlham Əliyevin Ukraynaya son səfəri nəzərə alınaraq, "Kiyevin destruktiv xəttinə görə" dalana dirənmiş ukraynadaxili nizamlanma məsələləri müzakirə edilib.
Vladimir Putin həmçinin, Rusiyanın təhlükəsizliyinə dair ABŞ və onun müttəfiqləri tərəfindən "təminatların verilməsi" ilə bağlı təmaslar barədə məlumat verib.
Ukraynanın son vəziyyəti ilə bağlı bəyanatlar mübadiləsi ötən həftə Prezident İlham Əliyevin Kiyevə səfərindən sonra səslənir.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi ilə bağlı bəyanatlar yayılır. Rusiya rəsmiləri bu cür məlumatları təkzib etsələr də, gərginlik səngimək bilmir.