DİQQƏT! Azərbaycanda QANUN DƏYİŞİR: Bunu edənlər həbs olunacaq

23-01-2022, 10:18           
DİQQƏT! Azərbaycanda QANUN DƏYİŞİR: Bunu edənlər həbs olunacaq
Azərbaycanda məişət zorakılığı törədənlər həbs ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Musavat.com xəbər verir ki, burada söhbət iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqindən, yəni kimisə əmlakdan və gəlirlərdən məhrum etməkdən, iqtisadi asılılıq yaratmaqdan və buna bənzər sui-istifadə hallarına yol verməkdən söhbət gedir.

Millət vəkili Fazil Mustafa "Xəzər Xəbər"ə deyib ki, son vaxtlar ölkədə məişət zəminində zorakılıq hallarının artması qanunvericilikdə dəyişikliklər edilməsini və daha sərt metodların tətbiq olunmasını zəruri edir.
Millət vəkili Fazil Mustafa deyir ki, dəyişiklik bu sahədə olan problemlərin minimumə endirilməsinə şərait yaradacaq..

Vətəndaşların da məişət zorakılığı ilə bağlı məsələlərə münasinbətləri birmənalıdır.

Məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru