"Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq" - Kremli daha nələr gözləyir?

27-01-2022, 08:01           
"Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq" -
Moskva birjasında dolların kəskin bahalaşması Rusiyada təlaş yaradıb. Belə ki, 1 dollar 1,5 rubl bahalaşaraq, 78,91 rubla çatıb. Bu, 2020-ci il martından bəri ən yüksək göstərici hesab olunur.

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu KONKRET.az-a açıqlamasında bildirib ki, rubl Rusiya-Ukrayna gərginliyinin şiddətlənməsinə görə yaranmış geopolitik böhran səbəbindən dəyər itirir: “Bu gün 1 dollar 79 rubla satılır, bu son 14 ayın ən aşağı kursudur. Rublun dəyər itirməsi Qərbin Rusiyaya sərt sanksiyaları reallaşacağı halda davamlı olacaq. Hətta 1 dollar 80 rubldan da baha ola bilər. Bu halda Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq. Bu, maliyyə və səhm bazarlarına da təsir edəcək, şirkətlər də dəyərsizləşəcək”.

Bizim bundan yaxşı fürsətimiz olmayacaq” - Qubad İbadoğlu

İqtisadçı alimin sözlərinə görə, artıq qlobal səhm bazarlarında da təlatümlər yalnız Rusiyada deyil, Qərbdə də müşahidə olunur: “İki gün öncə “S&P 500”, “Dow Jones”, “Nasdaq” bu səbəbdən itkilərə məruz qalsa da, onlar sonradan dəyər qazanıb itkilərini bərpa etdilər. Xammal ixracatından asılı qalan Rusiya iqtisadiyyatı üçün dünya bazarlarında əlverişli konyuktura mövcud olsa da, səhm və valyuta bazarlarında itkilər davam edir və getdikcə genişlənir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru