"Günahkar axtarmayaq! Müəllim də, şagird də, valideyn də bizimdir"

27-01-2022, 11:45           
"Günahkar axtarmayaq! Müəllim də, şagird də, valideyn də bizimdir"
"Təhsil ictimai prosesdir. Təhsildə baş verənlərə texniki proses kimi baxmaq, yalnız nəticəni təbliğ edib və mülahizələr yürütmək problemlərin həlli yolunda heç bir faydası yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, cəmiyyət olaraq problemlərin həlli yolunu tapmalıyıq: "Əgər şagird məktəbə öyrənmək üçün getmirsə, öyrənmənin mahiyyətini və faydasını başa düşmürsə, şagirdin idealları və ya rəğbət bəslədiyi insan profilləri arzuladığımızdan çox fərqlidirsə, bu o deməkdir ki, cəmiyyətimiz bütünlükdə bu məsələnin həllində çıxış yolu axtarmalıdır. Əgər tələbələrin əksəriyyətinin yerdəyişmə səbəbi daha yaxşı təhsil almaq yox, daha rahat qiymət almaqdırsa, bütünlükdə cəmiyyət olaraq problemin həlli yolun axtarmalıyıq".

ARTİ-nin direktoru qeyd edib ki, ən böyük problem isə problemlərə eyni cəbhədən deyil, sanki fərqli cəbhələrdəyik kimi baxmağımız və günahkar axtarmağımızdır: "Müəllimi də, şagirdi də, valideyni də bizimdir. Problemlərin həlli yalnız cəmiyyət olaraq birgə məsuliyyət götürüb və birgə əməli fəaliyyət göstərməyimizdən asılıdır. “Təhsil ekspertləri” və ictimai xadimlər tərəfindən məsələlərə “opportunistic” (fürsətcil) yanaşmalar qəbuledilməzdir".

Fəqan Əzimli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru