Ramiz Mehdiyevin deputat dostu İsa Həbibbəyli üçqat maaşı hansı əsasla alır?

31-01-2022, 15:48           
Ramiz Mehdiyevin deputat dostu İsa Həbibbəyli üçqat maaşı hansı əsasla alır?
AMEA prezidenti Ramiz Mehdiyevin ən yaxın adamı sayılan deputatlardan biri sən demə üçqat maaş alırmış. Bu şəraiti isə ona əmək qanunvericiliyinin tələbləri deyil, elə Ramiz Mehdiyev yaradıbmış.
"Demokratik.Az"-a AMEA-dan verilən məlumata görə, söhbət millət vəkili İsa Həbibbəylidən gedir. Doğrudan da axı necə olur ki, Mehdiyevin kürəyinə sığınmış akademik-deputat bir neçə ştat vahidi əməkhaqqı alsın?

Müasir dövlət quruculuğundan bu yana, düz 30 ildir ki, həm də deputat olan adamın qanunverici orqanda təmsil oluna-oluna qanunçuluğu saymaması doğrudan da ikrah hissi doğurur. Qanunlar qəbul edilməsində iştirak edən İsa Həbibbəyli rəsmi olaraq həm millət vəkili kimi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, (akademik) AMEA-da Humanitar və İctimai Elmlər bölmələrinin sədri və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifələrini yüklənib maaş almaqdadır.

Deputatın universitetlərin birində yarımştat pedoqoji fəaliyyətlə də məşğul olduğu bildirilir.
(Əlavə məlumat verəcəyik)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.