Daşınmaz əmlak qeydiyyatında rekord - VİDEO

1-02-2022, 10:40           
Daşınmaz əmlak qeydiyyatında rekord - VİDEO
Daşınmaz əmlakın dövlət qeydiyyatında yeni yanaşmaların tətbiqi ötən 2021-ci il Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində rekord göstərici əldə etməyə imkan yaradıb. Bu barədə REAL TV-yə müsahibəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Beləliklə, 2021-ci il ərzində ölkə üzrə 305 min 308 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu rəqəm 2020-ci illə müqayisədə 28,6 faiz çoxdur.

O cümlədən, 2020-ci illə müqayisədə 2021-ci ildə ilkin qeydiyyat 2,4 faiz artaraq 64 min 737 olub. Təkrar qeydiyyat 240 min 571 ədəd olmaqla 2020-ci ilin müvafiq göstəricisini 38 faiz üstələyib.

Bununla yanaşı, 2021-ci ildə yalnız mülkiyyət hüquqları deyil, digər əşya hüquqlarının - ipoteka hüquqlarının, icarə-istifadə hüquqlarının da qeydiyyatında ciddi artım müşahidə olunur.

Belə ki, ipotekanın qeydiyyatı 53 min 775 ədəd və ya 64,5 faiz, digər əşya hüquqlarının qeydiyyatı isə 4 min 287 ədəd və ya 15,5 faiz artıb.

Xidmət daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı torpaq paylarının mülkiyyəti sahəsində mövcud olan problemlərin həllini də unutmur.

Ölkə başçısının sosial yönümlü bu Fərmanı ilə 50 mindən artıq Azərbaycan vətəndaşı torpaq sənədi ilə təmin ediləcək ki, bu da kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli təkan olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru