ABŞ Bolsonaronun Moskvaya səfərinə mane olur

1-02-2022, 10:02           
ABŞ Bolsonaronun Moskvaya səfərinə mane olur
ABŞ Ukrayna ilə bağlı gərginlik fonunda Braziliya Prezidenti Jair Bolsonaroya Rusiyaya səfərini ləğv etməsi üçün təzyiq göstərir.

Axar.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken Braziliya XİN rəhbəri Karlos França ilə telefonda danışarkən Bolsonaronun Rusiyaya səfərinin ölkənin münaqişədə tərəf tutmasının əlaməti kimi şərh oluna biləcəyini deyib.

Qeyd edək ki, bir müddət öncə Bolsonaro fevral ayında Moskvaya səfər etmək niyyətində olduğunu bildirib. Braziliya lideri dekabrda Prezident Vladimir Putin tərəfindən Rusiyaya dəvət olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru