Sülh sazişinin əsas şərti - VİDEO

3-02-2022, 11:21           
Sülh sazişinin əsas şərti - VİDEO
"Azərbaycan sülh gündəliyini izləyir. Bu gündəlik isə qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılmasını nəzərdə tutur". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür, ancaq danışıqlar qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməlidir.

İstisna deyil ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqdan irəli gələn fundamental norma və prinsiplərə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyinə əsaslanmalıdır. Yalnız bu halda, Ermənistanla normal münasibətlərin qurulması, sülh sazişinin imzalanması uzunmüddətli sülhə xidmət edərdi ki, Azərbaycan hökuməti də bununla bağlı niyyətini açıq şəkildə ifadə edir.

Mahiyyət etibarilə, bölgədə sülh və təhlükəsizliyin təmin olunması digər tərəfdən də Ermənistan üçün əhəmiyyətlidir. Ona görə ki, Ermənistanın xarici asılılıqdan qurtulması Azərbaycan prezidentinin sülh müqaviləsi təklifini qəbul etməkdən keçir. Belə olacağı təqdirdə, bölgədə yaranan yeni reallıqlar və bu reallıqlar fonunda açılacaq yeni kommunikasiyalar, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevilə bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.