Mehdiyevin DİN-ə yerləşdirdiyi Levan Qurskaya KİMDİR və erməni polkovnik nə işlər görüb?

4-02-2022, 08:07           
Mehdiyevin DİN-ə yerləşdirdiyi Levan Qurskaya KİMDİR və erməni polkovnik nə işlər görüb?
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin erməni əsilli baldızı oğlu, DİN-in Daxili İşlər Nazirliyində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində çalışmış polkovnik Levan Qurskaya vəzifəsindən alınaraq sərəncama götürülüb. Demokratik.Az bu barədə yayılan məlumatlara istinadən bildirlir ki, Yuriyeviçin postundan aralanması barədə DİN naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Bəs, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yaxın qohumu - baldızının oğlu olan erməni polkovnik kimdir və necə olub ki, uzun müddətdir dövlətin strateji nazirliyində mühüm postlarda çalışıb?

Bir neçə gün əvvəl sabiq millət vəkili Elton Məmmədovun xatırlatması ilə Levan Qurskaya Yuriyeviçin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində işləyərkən qohumu Ramiz Mehdiyevlə birləşərək, birbaşa ermənilərə azərbaycanlı və rus adı ilə pasportlar verməsi faktı yada düşdü.

Rast gəlinən rəsmi məlumatlardan oxuyuruq ki, adıkeçən erməni əsilli polis polkovniki 2011-ci ilədək paytaxtın Yasamal və digər rayonlarında Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifələrində çalışıb.
Demokratik.Az-a verilən özəl bilgiyə görə, Levon Qurskaya 2011-ci ilin iyunun 24-də isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xüsusi diqtəsilə Azərbaycan Republikasının sabiq Daxili İşlər Naziri Ramil Usubov tərəfindən birbaşa DİN-in Baş Mühafizə İdarəsinə rəis müavini təyin edilib. Xatırladaq ki, həmin təyinat üçün sabiq nazir Usubov o vaxta qədər həmin vəzifədə işləmiş qaynı Nüsrət Şirinovu DİN-də katibliyin rəisi vəzifəsinə dəyişdirib. Eləcə də, Usubov bu təyinata xeyli tərəddüd etdiyindən, bir müddət Mehdiyevlə çəkişməli də olub, lakin, PA rəhbəri "ermənipərəst" istəyindən əl çəkməyib.

Erməni polkovnik yalnız 2016-cı ilin sentyabrında Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi əsnasında sabiq nazir Ramil Usubovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Sabiq Quliyevlə yer dəyişdirib.

Hazırda sərəncama alınan erməni polkovnik məhz DİN-in Baş Mühafizə İdarəsinə rəis müavini vəzifəsindən azad edilib.

Bəs, Mehdiyev arvadı Qalinanın bacısı oğlu Qursqayanı niyə DİN-də "pasportstol" xidmətində yuxarılara çəkirdi?
Səhih və təkzib edilməyən bilgilər deyir ki, Levon Qurskaya Ramiz Mehdiyevin də "xeyir-duası" ilə hələ Yasamal RPİ-də calışdıgı müddətdə Rusiyanın Stavropol və Krasnodar kimi ermənilərin sıx məskunlaşdığı müxtəlif vilayətlərindən ermənilərin bir coxunun Bakıya gətirilməsini təşkil edib, qulluq mövqeyindən istifadə edərək erməni əsillilərin milliyətinə kürd, rus və azərbaycanlı yazdıraraq ermənilərin Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almalarını təmin etmişdir. Levon Qursqayanın konkret hansı sayda və hansı ermənilərə pasport verməsi cəmiyyətə hələ də aydın deyil. İddialara görə, Qursqayanın işlədiyi illərdə "Azərbaycanlı"laşdırdığı Rusiya erməniləri arasında Mehdiyevin həyat yoldaşının qohumları da yer alıb.

Aldığımız və dəqiqliyini araşdırdığımız mühüm məlumatı da diqqətinizə çatdıraq ki, hazırda AMEA-da vəzifə daşıyan şəxslərin bir neçəsi də Mehdiyevin yaxın qohumudur ki, onlar və valideyinləri də pasportlarını məhz Levon Qurskaya tərəfindən əldə edərək Azərbaycanda özlərinə şad-xürrəm yaşam tərzi qura biliblər.

Xatırladaq ki, son günlər ölkənin elm ictimaiyyəti və deputatların da yer aldığı bir sıra tanınmış ziyalılar Ramiz Mehdiyevi AMEA prezidentliyindən İSTEFA verməyə çağırır. Bu ərəfədə, hələlik onun özünün deyil, himayədarlığı hesabına strateji postlar tutmuş qohumlarının da çıxdaş edilməsi sevindirici hadisədir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.