Paşinyan Azərbaycanı HƏDƏLƏDİ – “Əks halda, KTMT problemi güc yolu ilə HƏLL EDƏCƏK”
30-10-2022, 11:59
“Diplomatik yol uğursuzluqla nəticələnərsə, KTMT problemin güc yolu ilə həllinə üz tuta bilər”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın KTMT-yə müraciəti barədə danışarkən deyib.
Onun sözlərinə görə, növbəti addım Bakı ilə birgə diplomatik qərarlardan ibarət yol xəritəsi olmalıdır, əks halda KTMT problemin həlli üçün güc vasitələrindən istifadə edə bilər.