"12 qəpik tarifin özü azdırmı ki, hələ bir limit də qoyursunuz?!"

21-04-2023, 08:08           
"12 qəpik tarifin özü azdırmı ki, hələ bir limit də qoyursunuz?!"
“Azəriqaz” İstehsalat Birliyi: “Bu ilin yanvar-mart ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 2 milyon 062 min 464 abonent, yəni ümumilikdə abonentləin 82,8 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib”.
Tutalım, siz dediz, biz də inandıq, lap elə dəqiq rəqəmlərdir, o zaman limiti niyə saxlayırsız ki?! Məqsəd nədir?! Və ya, araşdırma, sorğu keçirmisinizmi ki, yanvar-mart ayında abonentlər limiti keçməmək üçün nə zülm çəkiblər?! Bəlkə elə limiti keçmək qorxusundan evlərini normal isitməyiblər, bu da xəstəliklərə səbəb olub?! 12 qəpik tarifin özü azdırmı ki, hələ bir limit də qoyursunuz?! Bu suallara cavab verə biləcək bir baba-igid varmı?!
P.S. Dəqiq olsun deyə, sualarımın ünvanı "Azəriqaz" deyil, Nazirlər Kabineti və Tarif Şurasıdır, çünki limit və qiyməti onlar müəyyən edir. "Azəriqaz" icraçı qurumdur.
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru