İranda erməni lobbisinin dağıdıcı rolu
21-04-2023, 08:14

Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra İran-Azərbaycan
münasibətləri gərginləşdi, xüsusən də İran mətbuatında Azərbaycana qarşı ciddi
təhdidlər yazılmağa başladı. SEPAH da hər gün İran-Azərbaycan sərhədində tank və
təyyarələr nümayiş etdirirdi. 2023-cü ilin aprel ayının əvvəlində xarici işlər
nazirlərinin telefon danışıqları ilə hər iki ölkə hələlik sakitləşib.
Güney Azərbaycanda insanlar iki ölkə arasında münasibətlərin korlanmasını
İslam hökumətinin və İran mollalarının günahı hesab edirlər. Belə ki, onların daxili
problemləri ört-basdır etmək üçün həmişə böhranlar yaradan xarici siyasəti İranın
milli mənafeyini deyil, İslam rejiminin mənafeyini nəzərə alan siyasi banditizmə
bənzəyir. Amma İran İslam hökumətinin ağılsız siyasətləri ilə yanaşı, digər iki qrup
da daim İran və Azərbaycan münasibətlərini pisləşdirmək istəyir və müxtəlif yollarla
İranın cahil siyasətçilərini Azərbaycan Respublikasına qarşı qızışdırmağa çalışırlar.
Birinci qrup Qum şəhərindəki azərbaycanlı tələbələrdir. Hazırda Qumda
Azərbaycan Respublikasının 3000 tələbəsi yaşayır və seminariya adlanan kurslarda
təhsil alır. Amma əməldə təəssübkeş mollalar həmin tələbələri Azərbaycan
Respublikası hökumətinə qarşı siyasi qrup kimi təşkilatlandıraraq onlara geniş
maddi-təbliğat imkanları veriblər ki, Azərbaycan Respublikası əleyhinə yalan
təbliğat aparıb şayiələr yaratsınlar. Guya Azərbaycan Respublikası İsrailin
müstəmləkəsinə çevrilib və öz iradəsi yoxdur və İsrailin Azərbaycan ərazisindən
İrana hücum təhlükəsini neytrallaşdırmaq üçün İran Azərbaycan Respublikasına
hücum etməlidir. Bu tələbələr qrupunun İranda 100-ə yaxın reklam kanalı var və
onlar Azərbaycan Respublikasında böhran yaratmaq üçün SEPAH-ın aləti rolunu
oynayırlar.
İkinci qrup isə İrandakı erməni lobbisidir. İranda ermənilərin sayı 100
mindən azdır, amma ermənilər özləri daha çox obyekt əldə etmək üçün öz əhalisinin
sayını 120 min nəfər elan edir. Rəsmi statistikada isə İranda ermənilərin sayının 80
min nəfər olduğu bildirilir.
İran erməniləri Ermənistan hökumətinin tam dəstəyinə malikdir və eyni
zamanda, İrandakı ermənilər öz xəlifəlikləri və kilsələri vasitəsilə təşkilatlanır və
Tehranın mərkəzindəki “Ararat” klubu praktiki olaraq onların partiya mərkəzi hesab
olunur.
2
İran erməniləri İran İslam hökumətini dəstəkləyir və son altı ayda İranda
ümummilli etiraz aksiyaları davam edərkən, ermənilərin İslam Şurasındakı
nümayəndələri və Ermənistan Xəlifəliyinin keşişi bəyanat yayaraq ermənilərdən
xahiş etmişlər ki, İran hökumət əleyhinə heç bir nümayişdə iştirak etməsinlər. İran
erməniləri nəinki İranda Ermənistanın xeyrinə lobbiçilik edir, hətta İranın qərar
qəbuledici orqanlarında olan təsirləri ilə İranın Azərbaycan Respublikası ilə
əlaqələrini pozmağa çalışırlar.
Livan erməniləri də Livan Hizbullahı ilə siyasi ittifaq qurublar. Beləliklə,
SEPAH Azərbaycan Respublikasına düşmənçilik edən və Ermənistanın antiAzərbaycan siyasətini təbliğ edən Livan ermənilərinin təlqininin təsiri altındadır.
Sarkis Noum adlı Livan ermənilərindən biri Livanın “Anhar” qəzetinin
redaktorlarından biridir. Bu şəxs İran İslam Respublikasının xarici siyasətini
dəstəkləyir və əslində İran Xarici İşlər Nazirliyinin müşaviri kimi məqalələr yazır.
İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pak Ayin həmişə
İslam hökumətinin siyasətçilərinə xəbərdarlıq edib ki, İrandakı islamçı və lobbiçi
tələbələrin davranışlarından ehtiyatlı olsunlar və onların istəklərinin rəsmi siyasətə
çevrilməsinə imkan verməsinlər. Möhsün Pak Ayin bu yaxınlarda Tehranın
“Ettelaat” qəzeti ilə ətraflı müsahibə edib və həmçinin İran diplomatiyasında
Ermənistanın İranın Azərbaycan Respublikası ilə əlaqələrini pozmaq cəhdi barədə
məqalə yazıb. O, Azərbaycan pərəstişkarı deyil, amma sözləri sənədləşdirilmiş və
doğrudur. Onun İran diplomatiyasında yazdığı bir bənd belədir: “Azərbaycan
Respublikasını İrana qarşı təhrik etmək, Tehranla Bakını üz-üzə qoymaq üçün
Ermənistan ağılla və gizli şəkildə Qərbin xəritəsinin tapmacasının başqa bir hissəsi
kimi aktivləşdirilib. Azərbaycanın Ermənistanın Sünik vilayətini işğal etməsi barədə
erməni mənbələrinin yönləndirdiyi xəbərlərin dərci, bu şayiəni təsdiqləyən saxta
xəritələrin dərci, “Zəngəzur dəhlizi İranın parçalanmasının sirri kimi” ifadəsini önə
çəkmək xüsusən də şimal-qərb əyalətlərində anti-Azərbaycan əhval-ruhiyyəsini
qızışdırır. İran və Azərbaycan Respublikası ilə müharibə şüarını iranlıların milli
tələbinə çevirməsi Ermənistanın xalq diplomatiyası sahəsində hiylələrindən biridir.
Eyni zamanda Ermənistanın baş naziri Paşinyan Avropanın ayağını bölgəyə açmağa
və münasibətləri normallaşdırmaq üçün İsraillə gizli əlaqə qurmağa çalışır. Əslində,
görünən odur ki, Qərbin İranı təhrik etmək planında həm Bakı, həm də İrəvan
oynanılıb. Bu oyunda İran və Ermənistan münasibətlərindən Azərbaycan
Respublikasında xalqın anti-İran duyğularını qızışdırmaq, eyni zamanda da İran
xalqının Azərbaycan Respublikasındakı hadisələrə qarşı narazılıq hisslərindən Bakı
əleyhinə istifadə olunur”.
Maşallah Rəzmi:
Teref.az