Azərbaycan erməniliyi siyasi layihə kimi yığışdırdı - Maksim Şevçenko

16-10-2023, 12:32           
Azərbaycan erməniliyi siyasi layihə kimi yığışdırdı - Maksim Şevçenko
Azərbaycana qarşı təxribatçı bəyanatlarla çıxış edən ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami keçmiş ABŞ prezidenti Donald Trampın radikal səsidir.

Bu barədə Trend-ə tanınmış rus siyasətçi, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.

"Bu, Trampa və onun arxasında dayanan respublikaçılara hakimiyyətə qayıtmağa kömək edən şəxsdir. Onlar radikal liberallardır. Bizdə liberallar deyildikdə, adətən, insanların qeyri-ənənəvi yaşayış formasını müdafiə edən şəxslər nəzərdə tutulur, lakin bu belə deyil. Liberalizm xeyli dərindir. Respublikaçıların Amerikası dünya liberalizminin baş qərargahıdır. O, heç vaxt siyasi ermənilik layihəsini məhv etmiş Azərbaycanı bağışlamaz. ABŞ bu qlobal liberal imperialist cəmiyyətin başında dayanır, ikinci rolda isə Fransadır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan 2020-2023-cü illərdə mikroskopik dövlətin çərçivələrindən kənara çıxan erməniliyi siyasi layihə kimi yığışdırdı.

"ABŞ və Fransa düşmənlərinə çevrilmiş Azərbaycana hücum etməyə davam edəcəklər. Çünki Azərbaycan başqa heç kimin edə bilmədiyini etdi", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək, "sübut" olaraq ermənilərin Gəncə və Bərdəyə hücum kadrlarını nümayiş etdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.