Araz İmanov bu vəzifəsindəndə atıldı - heç işlədiyi 16 ildə təcrübə toplamağa, davranış qaydalarını öyrənməyə də həvəsi olmayıb

16-10-2023, 15:28           
Araz İmanov bu vəzifəsindəndə atıldı -
Bir zamanlar mwxalif medianın sevimlisi idi. Uzun illər indiki iqtidarın iqtisadi siyasətini tənqid edib. Sonradan bir anlıq yoxa çıxdı Nazim İmanov. Bir neçə il əvvəl məlum oldu ki, AMEA-nın İqtisadiyyat İnstitutunun direktorudur. Oğlu da yaxşı vəzifələr tutmuşdu. 16 il Xarici İşlər Nazirliyində çalışmıdı. 2022-ci ilin martın 18-də Nazim İamnovun oğlu Araz İmanov status yazaraq işdən çıxdığını bəyan etmişdi.
çox keçməmiş onu Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi təyin etmişdilər.
Sentyabrın 19-20 də Qarabağda separatçılara qarşı keçirilən antiterror əməliyyatlarından sonra Araz İmanov qabaqdangəlmişlik edəək Xankəndinin girişində məlum heykəlin önündə dayanıb poz verərək şəkil çəkdirmişdi.

Bu isə cəmiyyətdə ikrah hissi ilə qarşılanmışdı. Çünki bildiiyim qədər sabiq müxalifətçi deputatın oğlu heç hərbi xidmətdə də olmayıb. Və bu gün onu işdən çıxardılar.
Görüünür elə diplomatik korpusda işə düzəlmək Araz İmanov üçün o qədər asan olub ki, heç işlədiyi 16 ildə təcrübə toplamağa, davranış qaydalarını öyrənməyə də həvəsi olmayıb.
İndi bu ölkədə "müxalifətçisən" deyib adi süpürgəçi işi də verilməyən insanlar bu "uğur" hekayələrini oxuyub heyranlıqla düşünürlər - "görəsən onlar necə bacarır"?
Razi Abasbəyli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru