"Qərbi azərbaycanlıların da öz yurdlarına qayıtmaq hüququ tanınacaq" - Millət vəkili

16-10-2023, 19:58           
"Qərbi azərbaycanlıların da öz yurdlarına qayıtmaq hüququ tanınacaq" - Millət vəkili
"Azərbaycan dövləti 44 günlük vətən müharibəsindən sonra Ermənistan tərəfini üçtərəfli bəyanatın imzalanmasına məcbur etdi. Ermənistan müxtəlif öhdəlikləri öz üzərinə götürdü ancaq təəsüflər olsun ki, bu öhdəlikləri yerinə yetirməkdən boyun qaçırtdı".

Bu fikirləri 32gun.az-a millət vəkili Naqif Həmzəyev cənab Prezident İlham Əliyevin Xankəndiyə səfəri, eləcə də azad edilmiş bölgələrdə görülən işlərlə bağlı danışarkən deyib.

O, bildirib ki, Ermənistan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmədiyi üçün 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirləri həyata keçirildi:

"Separatçılar ağ bayraq qaldıraraq öz fəaliyyətlərini tamamilə dayandırdılar. Demək olar ki, bu ərazilər tam olaraq işğaldan azad edildi. Azərbaycan öz suverenliyini bərpa etdi. Ötən gün Ali Baş Komandan Prezident olmasının 20-ci il dönümündə - 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədən, Azərbaycan bayrağını qaldırdı, bu ərazilərə baxış keçirtdi, buradan xalqa müraciət edərək öz fikirlərini bölüşdü, bir sözlə, cənab İlham Əliyev seçildiyi ilk gündən bügünədək verdiyi bütün sözləri reallaşdırdı. Ən əsası odur ki, Azərbaycanın suverenliyi tam olaraq bərpa olundu".

Deputat reinteqrasiya məsələrindən də bəhs edib:

"Bilirsiniz ki, Azərbaycan Ermənistandan fərqli olaraq birgə yaşayışı təbliğ edir. 30 il ərzində bizim başımıza gətirilmiş\müsibətər, faciələr, soyqrımlara baxmayaraq biz keçmişi unutmadan gələcəyə baxa bilirik. Hərbi cinayətlərdə iştirak etməmiş, azərbaycanlıların qanına əli batmamış ermənilərin Azərbaycan ərazisində yaşamasını təmin etmişik. Onların bir qismi artıq Azərbaycan vətəndaşlığına müraciət də ediblər. Sosial qayğıya, dəstəyə ehtiyacı olan erməniəsilli sakinlərin bütün təminatları həyata keçirilir, ancaq cinayət törətmiş şəxslər Azərbaycan qanunları qarşısında cavab verirlər. Qarabağ Şərqi Zəngəzurda artıq üç ilə yaxındır, abadlıq işləri həyata keçirilir".

Naqif Həmzəyev qeyd edib ki, qısa müddət sonra yenidənqurma işlərinə Xocalı, Xankəndidə də başlanılacaq:

"Burada quruculuq işlərini həyata keçirmək üçün xüsusi fəaliyyət proqramı hazırlanacaqdır. İlk növbədə kommunikasiyaların işlək vəziyyətdə olması üçün həm avtomobil, həm dəmiryolu xətləri formalaşdırılacaq. Bundan sonra bu ərazilərdə keçmiş məcbur köçkünlərin qayıdıb öz ana-baba yurdlarında yaşaması üçün lazımi işlər görüləcək. Birgə yaşayışla yanaşı məşğulluq probleminin də aradan qaldırılması və təmin edilməsi üçün lazımi işlər görüləcəkdir.

Əsas odur ki, bu proseslər planlı şəkildə həyata keçirilir. Biz artıq Qarabağa və Şərqi Zəngəzura keçmiş məcbur köçkünlərin qayıdışının şahidi olmuşuq. Hər gün görürük ki, 10-20 ailə bu yerlərə qayıdırlar. Biz inanırıq ki, Ermənistan baş vermiş proseslərdən doğru nəticə çıxaracaq. Onlar reallıqları dərk edəcək, götürdükləri öhdəlikləri yerinə gətirəcəklər. Naxçıvandan Zəngilana quru- avtomobil və dəmir xətlərinin istifadəyə verilməsinə şərait yaradacaqlar. Bununla yanaşı, digər kommunikasiyalar istifadəyə veriləcəkdir. Sənədlərin dermitasiya və demarkasiyası mümkün olacaq. Necə ki, erməni sakinlərin Qarabağa qayıdaraq burada yaşamaq hüquqlarının olduğu kimi Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdaraq həyatlarını orada davam etdirmələri üçün hüquq tanınacaqdır. Azərbaycanın işğal altında olan 8 kəndi qeyri-şərtsiz Azərbaycana təhvil veriləcəkdir. Bütün bu proseslər baş tutacağı təqdirdə biz birgə yaşayışın daha rahat, normal formada olacağının şahidi ola biləcəyik".

Millət vəkili həmçinin bildirib ki, Azərbaycan yalnız öz təhlükəsizliyini düşünmür. Cənubi Qafqazda Qafqaz ailəsinin formalaşması üçün mümkün vasitələr işə salınıb:

"Gürcüstan və Azərbaycan bu prosesdə birgə addımlayır. Bu ideyanı - Qafqaz ideyasının formalaşdırılmasını dəstəkləyirlər. Ermənistanın da gec-tez bu ideya ətrafında birləşərək Qafqaz ailəsinin formalaşmasına töhfə verəcəklərinə ümidliyik. Çünki Qafqazda biz uzunmüddətli sülhün, əmin-amanlığın olmasını istəyiriksə, mütləq birgə yaşayış həyata keçirilməlidir. Qafqaz ailəsi formalaşmalı, təhlükəsizliyi təmin eilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.