"Araikləri Xocalıda, Xankəndidə həbs edənlər Balasanyanın Əsgərandan qaçmasına necə imkan veriblər?"

17-10-2023, 09:09           
"Araikləri Xocalıda, Xankəndidə həbs edənlər Balasanyanın Əsgərandan qaçmasına necə imkan veriblər?"
Xocalı qatili Vitaliy Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətində istintaqa cəlb olunub, halbuki Azərbaycan mənbələri israrla Balasanyanın Əsgəranda olduğunu və tezliklə ələ keçiriləcəyini iddia edirdilər.
Balasanyanın vəkili deyib ki, ona qarşı qaldırılmış cinayət işi bağlanıb və Indi Balasanyan başqa bir işlə bağlı şahid qismində dindirilir. Sual budur ki, araikləri Xocalıda, Xankəndidə həbs edənlər Balasanyanın Əsgərandan qaçmasına necə imkan veriblər?
Sualın cavab variantları müxtəlif ola bilər, amma bir cavab bəllidir ki, Rusiya kimi təhvil veribsə Azərbaycan da onları həbs edə bilib. Araiklər Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar və bu da həm qanuni, həm də ədalətlidir.
Amma hansı cinayətkarların Azərbaycan məhkəməsi qarşısında cavab verməli olduğunu niyə Rusiya və ya başqa bir dövlət müəyyən etməlidir? İndi yəqin uşaq da anlayır ki, niyə Tərtər qətliamını törətmiş xanlarlar, zakirlər, nəcməddinlər, hikmətlər və digər qatillər cəzalandırılmır və onları kim himayə edir.
Özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət nədən kimin cəzalandırılmalı olduğunu özü həll edə bilməsin?
Bu arada təssüflə deməliyəm ki, Tərtər qətliamının müzakirəsi artıq beynəlxalq müstəvidə aparılacaq.
Təəsüf ki, çünki bu Azərbaycanın daxilində çözülməli idi. Çünki Tərtər qətliamına hüquqi qiymət verilməsi bizim üçün tarixi dönüş nöqtəsi olmalı idi, amma Azərbaycan hakimiyyətinin sayəsində o, beynəlxalq təsir və təzyiq vasitəsinə çevrilməkdədir. Başqa sözlə, alver predmetinə.
Ərəstun Oruclu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.