Kimlər "Artsax" parlamentinin üzvləri olub ?

17-10-2023, 09:14           
Kimlər "Artsax" parlamentinin üzvləri olub ?
Erməni Telegram kanallarına göz gəzdirirəm.
"Artsax"-ın süqutunu, Miatsumun iflasını qəbullana bilməyənlər var.
Son zaman separatçıların bəzi "parlament" üzvləri Ermənistanda yenidən bir araya gəlib "Artsax"ın son "prezidenti" Şahramanyanın separatçı hökumətin buraxılması haqqında qərarının qanunsuz olması və bu "hökumıtin" yenidən bərpası çağlrışları edirlər.
Ermənistanda bu hökumətin "nümayəndəliyinin" bərpası çağırışları edilir.
Düşünürəm ki, keçmiş separatçı "prezidentlər"(təlxəklər) nə qədər məsuliyyət daşıyırlarsa qondarma "parlament" üzvləri də məsuliyyəti bölüşməlidirlər.
Separatçılara, hərbiçilərə siyasi, ideoloji dəstəyi məhz onlar veriblər.
Baxıram ki, indi bu "parlamentin" hansısa bir "komissiya sədri" İrəvanda revanş açıqlamaları verir.
Fikrimcə, bizim xüsusi xidmətin, Baş prokurorluğun "Artsax" parlamentinin və onun bütün vəzifəli şəxslərinin siyahısını dərc etməsi və onların haqqında cinayət işi açması doğru olardı.
Onların hər bir addımı və açıqlamaları həm xüsusi xidmətlərimiz, həmçinin də vətəndaş cəmiyyətləri tərəfindən diqqətdə saxlanılmalıdır.
Hazırda həbsdə olan "separatçı prezidentlərin" cinayət işlərinə "parlament" üzvləri də əlavə olunmalıdır.
Ümumiyyətlə isə, cəmiyyət üçün də "separatçı parlamentin" indiyədək üzvü olmuş, separatçı "hökumətdə" vəzifə tutmuş hər bir şəxsin adının açıqlanması faydalı olardı.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.