YAXIN ŞƏRQDƏ NƏ BAŞ VERİR? – Şapur Qasimi yazır

17-10-2023, 10:08           
YAXIN ŞƏRQDƏ NƏ BAŞ VERİR? –
07.10.2023-cü il tarixdə «Həmas və İslami Cihad» qruplaşmalarının İsrailə qarşı etdikləri əvvəlcədən mükəmməl düşünülmüş, genişmiqyaslı, yerdən, göydən, həm də dənizdən hücumu adi Fələstinli ərəblərlə İsrailin toqquşması olmayıb, bu gün dünya güclərinin dünya ağalığı uğrunda heç vaxt dayanmayıb zaman-zaman taym-aut götürən mübarizəsinin bu günə olan coğrafiyasının xəritəsini, bu dünya güclərinin çevrəsində sıxlaşan müxtəlif çaplı dövlətlərin məqsəd və mənafeində üst-üstə düşən məqamlarla birlikdə, onların fərqli cəhətlərini də ortaya qoymuş olur.

Bu prosses eyni zamanda hətta hələ toqquşmada birbaşa və ya dolayısı ilə iştirak etməyən ölkələrin nəinki vuruşan tərəflərə, həm də öz aralarında olan münasibətlərdəki vəhdət və ziddiyyətlərə aydınlıq gətirmiş olur. Hər şeydən əvvəl isə fələstinlilərin, daha dəqiq desək, birbaşa Tehran mollalarının yaradıb, təminat və himayəsində saxladığı hərbi birləşmələrin belə bir irimiqyaslı qəfil hücumu özlərinin təkbaşına, öz imkanları hesabına hazırlaya bilməzdi. Onların bunun üçün zəruri olan silah, sursat, loqistik və dəqiq hərbi kəşfiyyat məlumatları əldə etmək imkanı yoxdur. Digər tərəfdən Fələstin tərəfi əvvəlcədən çox yaxşı bilirdi ki, İsrail onların bu hücumunu cavabsız qoymayacaq və toqquşmanın sonrakı mərhələlərində İsrailin davamlı təzyiqlərinə tab gətirmək üçün onların yetərincə imkanları yoxdur. Deməli «Həmas» və «İslami Cihadı» bu avantürist addımı atmağa təhrik edib, onları bu silahlarla, loqistik vəhərbi kəşfiyyat məlumatlar ilə təmin edib, toqquşmanın sonrakı mərhələlərində onları «son qələbəyə qədər» müdafiə edəcəklərinə «söz verən» sifarişçilər mövcudur. Dünya güclərinin bu günə mövcud olan strateji, taktiki baxımdan diplomatik, iqtisadi, hərbi müstəvidlərdəki mübarizəsinin mənzərəsinə baxdıqda, «Həmas» və «İslami Cihadın» İsrailə bu hücumunun hazırlanmasında birbaşa və dolayısı ilə kimlərin iştirak etməsi də aydın olur.

Rusların keçən il Ukraynaya təcavüzü başlanana qədər dünya ağalığına iddialı olan əsas güclər ABŞ və Rusiya hesab edilir, Çin isə «bir müddət sonra» şərti ilə bu statusa real nmizəd sayılan yeganə ölkə idi. Baxmayaraq ki, Çin ümumdaxili məhsulun həcminə görə dünyada ikinci və bir sıra sənaye, o cümlədən hərbi, texniki məhsulların istehsalı və ixracına görə Rusiyadan xeyli irəliyə çıxmışdı.

İkinci dünya müharibəsindən sonra yaranmış «rus hərbi gücü» xofu, həm də nüvə silahı, onun uzaq məsafələrə daşıyıcıları, eləcə də kosmik hərbi qüvvələr baxımından Rusiyanın Çindən xeyli irəlidə olması bu xofun real mövcudluğunu təmin edirdi. Rusiyanın Krımı işğalına Qərbin susması da məhz bu səbəbdən irəli gəlirdi.

Rusiyanı da Ukraynaya təcavüz etməyə şirnikləndirən də elə bu oldu. Ukraynaya təcavüzün ikinci dalğası Ukraynanın Rusiya tərəfindən işğal edildiyi halda, onun sonradan, Qazaxıstan, Orta Asiya və Cənubi Qafqaz respublikalarını işğal etməsinin qarşısının alınmasının çox böyük və həlli çətin olan problem olmaqla yanaşı, Qərb üçün taleyüklü məsələ olduğunu dərk edən Qərb, hərəkətə gəldi.

Mən hələ 2013-cü ildə Moskvada bir İsveçrəli jurnalistin məndən aldığı müsahibədə, Rusiyanın Qərbə ən güclü müqaviməti, Qərbin Ukraynanı Rusiyadan uzaqlaşdırması zaman, göstərəcəyini söyləmişdim. Qərbin hərbi texnikası ilə təchiz edilmiş Ukrayna Rusiyaya layiqli müqavimət göstərməkdən başqa, Rusiyanı üstələdiyi zaman bu gün «adi silahlar» kateqoriyasına aid edilən, Rusiyanın hərbi texnikasının həm keyfiyyət, həm də kəmiyyət cəhətdən yetərli olmadığı aşkar olduğundan, bu kateqoriyadan olan silahlar və onlardan taktiki və operativ əməliyyatlarda səmərəli istifadə etmək baxımından da «rus hərbi gücü» mifi sındırılmış oldu. Maraqlı bir cəhət də bundan ibarətdir ki, Rusiya ilə Qərbin arasında Molla Nəsrəddinin «göy muncuq» siyasətini yeridən Çin, sözdə Rusiyanı dəstəkləsə də, praktiki addımlarında iqtisadi, texniki inkişafının xeyli dərəcədə asılı olduğu Qərbə qarşı heç bir addım atmadı. Bunun səbəblərinə gəldikdə isə, Çinə Qərbin iqtisadi, texniki potensialından öz sürətli inkişafı üçün yararlanmaq lazım olduğu qədər və ondan daha çox, 9.596.961 km2 ərazisi və 1,5 milyard əhalisi olub əhalisinin sıxlığı 1 km2 45 nəfər olan Çinin, 17.125.191 km2 ərazisi, 147 milyon əhalisi, əhalisinin sıxlığı 1 km2 8,4 nəfər və dünyanın faydalı qazıntı ehtiyatlarının 40 faizinə sahib olan qonşu Rusiyanın, Çinin özünün bugünkü ərazisi boyda ərazisinə sahib olmaqda açıq şəkildə illər boyu iddialı olmasıdır. Əgər Çin bu məqsədinə çatarsa, Çinin bütün dünyaya ağalıq etməyinə mane olan heç bir həlledilməz problemi qalmayacaq. Rusiya və onun təsir dairəsində olan İran, Şimali Koreya, Belorusiyanın Qərb alyansı ilə birbaşa və əsaslı surətdə toqquşması Çinə hava və su kimi zəruridir. Rusiya rəhbərliyi Ukrayna ilə müharibədə əhəmiyyətli dərəcədə əldən düşüb zəifləyərək İranın, Şimali Koreyanın silah, sursatına möhtac qalanda bunu dərk edərək Qərbin Ukraynanın təchizatını zəiflətmək məqsədilə, Qərbin hərbi təchizatını başqa istiqamətə yönəltməyə sövq etmək üçün ikinci cəbhə açmaq qərarına gəldi. Əslində bu rus dövlətinin son 200 il ərzində dünyanın bir çox yerlərində özünə lazım olan nöqtələrdə münaqişə yaratmaq məsqədilə yaradıb, hazır saxladığı «barıt anbarlarından» son dəfə SSRİ-nin 1967-ci ildə ABŞ ilə qarşıdurmasında istifadə etdiyi Yəhudi-Ərəb münaqişəsinin üstünə kül tökülüb, altında daim közərən kömürün, adi gözlə nəzərə çarpmayan ocağı idi. Bu gün Rusiya 1967-ci ildəki SSRİ-dən çox zəif olsa da, əvəzində mövcudluğu ciddi şəkildə Rusiyadan çox asılı olub, qaz ehtiyatları həcminə görə dünyada ikinci, neft ehtiyatlarına görə dördüncü, digər faydalı qazıntılarla zəngin olan 1.648.195 km2 ərazisi, 86 milyon əhalisi olan Qacar yurdunda 1925-ci ildə ingilislərin köməyi ilə hərbi çevriliş edib, hakimiyyətə yiyələnən şovinist fars rejimi mövcuddur. 1978-ci ildə Rusiya və Fransanın köməyi ilə Məhəmmədrza Palaniləri islam inqilabı adı ilə devirib hakimiyyətə yiyələnən şovinist fars molla faşizmi, əhalini dilənçi vəziyyətində saxlamaqla altı qonşu ərəb dövlətləri ərazisində böyük hərbi hissələr yaradıb, onları tam təchiz etməklə şiəlik dini təriqəti şüarı altdında hərbi münaqişələr yaratmaqla, ərəb milli ərazilərini işğal edərək, əhalisini əsarətə alıb böyük fars dövləti yaratmağı hədəfləyir. Əslində islamın şiəlik təriqəti məhz ərəblərin özünə qarşı mübarizə aparmaq üçün farsların məqsədli şəkildə yaratdıqları ideoloji silah olduğu halda, ərəblərin müqəddəs hesab etdiyi Qüdsü azad etmək adıyla düşmənçilik etdikləri yəhudi dövlətinə zərbə vurmaq məqsədini reallaşdırmaq üçün Fələstin ərəblərindən qurbanlıq qoyun kimi istifadə etməklə yanaşı, eyni zamanda elə ərəblərin yaradıb, daşıyıcıları olduğu və farsların düşmən olduğu, islam şüarları altında bütün ərəb dünyası üçün islamın bayraqdarına çevrilməklə ərəb milləti və dövlətləri üzərində hegemon gücə çevrilmək niyyətindədir. Bu baxımdan öz ölkəsində qadınlara, heç bir günahı olmadan zindanlara atılan məhbuslara ağlagəlməz vəhşi işgəncələr verən, ölkənin keçmiş rezidenti Haşimi-Rəfsəncaninin qızı Fəzilə Rəfsəncaninin dediyi kimi, İsraildən dəfələrlə çox müsəlmanı qətlə yetirmiş şovinist fars molla faşizminin prezidenti, əli qanlı İbrahim Rəisinin mətbuata Fələstin-İsrail toqquşması, daha dəqiq desək İranın zərbə aləti olan «Həmas» və «İslami Cihad» hərbi qüvvələrinin İsrail ərazilərinə qəfil hücum edərək İsrail vətəndaşlarına qarşı qətliam törətməsi barədə mətbuata verdiyi açıqlamada, real faktları həyasızcasına saxtalaqdırmaqla özlərinin himayə etdiyi terrorçu hərbi qruplaşmalara haqq qazandırmaq istəyir. O, «məzlum Fələstin xalqına qarşı zülm və ədalətsizliyin, qadınlara və məhbuslara davamlı zorakılığın, müqəddəs Qüdsün təhqir olunmasının əbədi olaraq davam edə bilməyəcəyinə diqqət yetirməyinə», çağırmaqla bərabər, «İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. Sionist rejim və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdild etməkdə məsuliyyət daşıyır və buna görə cavab verməlidirlər. Müsəlman hökumətləri islam ümmətinə qoşulmalı və Fələstin xalqını vicdanla dəstəkləməlidir. Sionist düşmən də bilməlidir ki, qüvvələr nisbəti dəyişib, müharibəni qızışdırmaq sionistlərə fayda verməyəcək. Bu döyüş meydanında qalib Fələstin xalqıdır», deməklə, Tehranın şovinist fars molla faşizminin Fələstililərin İsrailə qarşı törətdikləri bu vəhşi terror və qətliamın əsas təşkilatçılarından biri olduğunu sübut etməklə bərabər fars faşizminin iç üzünün ən murdar xüsusiyyətlərini ortaya qoyur.

Birincisi, hücum edən tərəf «Həmas» və «İslami cihad» olub, dinc İsrail vətəndaşlarından, əksəriyyəti uşaq, qadın və qocalar olan 700 nəfəri qətlə yetirib, 1000 nəfərdən çoxunu yaralayıblar. İkincisi, 44 ildən bəri normal insan paltarı geyinməyə, öz dilində təhsil almağa və s. insanın təbii insan hüquqlarına qoyulan qadağaları dinc üsullarla tələb edən qadınları zindanlarda zorlayan, işgəncələr verən, bakirə qızların edam etməyin islama zidd olduğunu deyən ayətulla Müntəziriyə, «Əvvəl zorlayın, sonra edam edin, olsun islama uyğun» cavabını verən Homeyninin qurduğu fars molla dövlətinin, əli yüz minlərlə günahsız müsəlmanların qanına bulaşmış prezidenti İbrahim Rəisi lap ermənilər kimi faktları saxtalaşdırmaqla özlərinin birbaşa iştirakçısı olduğu qanlı cinayəti ört-basdır etməyə çalışır. Azərbaycanın Qarabağ bölgəsini 30 il işğal altında saxlayıb, müsəlman türkləri insan zəkasına sığmayan işgəncələrə, qətliamlara məruz qoyan xristian ermənilərlə bu cinayətlərdə birbaşa şərik olub, ermənilər məğlub olub, Qarabağdan bir nəfərin burnu belə qanamadan Ermənistana gedəndən sonra, Qarabağdan öz xoşu ilə getmiş ermənilərin geri qaytarılıb, onların hüquq və təhlükəsizliyini Azərbaycandan tələb edən Rəisi bir ovuc fələstinliyə lap «Tereza ana» qayğısının səbəbi nədir? Məhəmmədin yaratdığı islamdan imtina edib, Məhəmmədin əmisi oğlunun nəvəsi, ərəb-fars cütlüyünün dölü olan, yarımfars Zeynalabdinə əsaslanan şiəlik yaradıb, farsların ərəblərə qarşı min il öncədən başlayıb, bu gün də dvam edən düşmənçiliyi müstəvisində Rəisinin bütün islam ölkələrinin Fələstin ərəblərini vicdanla dəstəkləməyə çağırması fars faşizminin ərəblərə qayğısı olmayıb, Qüdsdə nəzarəti öz əlinə almaq məqsədilə, müsəlman dövlətlərinin gücündən istifadə etmək cəhdidir. Elə ermənilərin öz məqsədlərinə çatmaq üçün xristian dövlətlərinin gücündən istifadə etməsi kimi.

Rəisinin müsəlman dövlətlərinin birləşərək «Fələstin xalqını vicdanla dəstəkləməyə» çağırmasının ən murdar və hiyləgər məqsədi Türkiyənin Fələstinə qoşun yeritməsinə nail olmaqdır. Əgər Türkiyə Fələstinə qoşun yeritsə onda Türkiyə və türklər fars şovinizminin bu iyrənc oyununda Tehranın öz məqsədlərinə çatmasında qurbanlıq qoyun olmaqla bərabər, nəinki, təkcə Türkiyə üçün deyil, digər türk dövlətləri üçün də mühüm strateji əhəmiyyəti olan İsraili, bütövlükdə yəhudiləri itirmiş olur, həm də Türkiyə üçün son dərəcə mühüm dayaq olan, NATO üzrə müttəfiqləri üçün düşmənə çevrilir.

Atatürk vəfat edəndən sonra Türkiyədə dinin total şəkildə geniş miqyaslı tədrisi və təbliği Türkiyə cəmiyyətində zehnini dinin kor edib, sağlam düşünmək qabliyyətini itirmiş, dini fanatizm daşıyıcılarının həddən artıq çoxalmasının nəticəsidir ki, bu gün, bu dini fanatlar ölkə prezidentindən Fələstinə qoşun yeridib, Əl-Əqsa məscidini müdafiə etməyi tələb edirlər. Bu isə nəticə etibarilə on minlərlə türk gənclərinin fars faşizminin məqsədlərinə, bütövlükdə isə Türkiyənin və türk dünyasının azadlığının və müstəqilliyinin qurban verilməsi deməkdir. Bu müharibə ocağı dünya ağalığı uğrunda mübarizə aparan Qərbin Ukraynadakı gedişinə qarşı Rusiyanın sifarişi və Tehranın təşkilatçılığı, ümumdünya erməni şəbəkəsinin xidmətindən istifadə etməklə alovlandırılıb. Çin isə «dovşana qaç, tazıya tut», deyib dünya ağalığı uğrunda əsas rəqibləri Rusiyanı «tabutda», ABŞ-ı isə «cərrahiyyə stolunda» görmək istəyir. Türkiyə və digər türk dövlətləri bu müharibəyə girməməklə, diplomatik müstəvidə İsrailin yanında olmaqla, beynəlxalq hüququn imkan verdiyi çərçivədə İsrailin haqq işinə yardım etməlidir.

İngilislər Yaxın Şərqdə Osmanlını məğlub etdiyi zaman tərksilah edilib, geriyə dönən türk əskərlərinə ərəblərin münasibəti haqqında «Ərəbistanı Lavrens» ayamalı ingilis kəşfiyyatçısı Tomas Lavrens yazır ki, – «Hə, ərəbləri türklərin üstünə mən qaldırdım. Şəhərin küçələrini dolaşarkən ərəblərin yüzillərlə sığındıqları türk əskərlərini necə vəhşiliklə öldürdüklərini gördükcə ərəb vəhşiliklərindən diksindim». Elə Molla Nəsrəddin demişkən, bu gün də, «Qara eşşək qapıdadır, quyruğu da yanında». Yaddaşı qısa olan fərdin də, millətin də başına gələn bəlaları unudaraq bundan nəticə çıxarmadıqca tarixin təkrar olunması qaçılmazdır. Türkiyədəki Əl-Əqsa, həvəskarları, din təsübkeşləri Lavrensin dediyi tarixdə baş verənləri unutmasalar yaxşıdır. Çünki, Əl-Əqsa yəhudilərin yurisdiksiyasında olanda belə türk dindarların müqəddəs hesab etdiyi Əl-Əqsanı ziyarət etməyə heç bir maneə olmayacaq. Türkiyə zəifləsə, məğlub olsa, bütün dünya, o cümlədən Türkiyədəki türk dinarlarının məhv olması və ya xristianların xaçını öpüb, onlara müti qul olması isə qaçılmaz olacaq. Müqəddəs olan isə vətən torpaqları və onun azadlığıdır. Türk üçün isə erməni kilsəsi ilə Əl-Əqsanın heç bir fərqi yoxdur.

Şapur QASİMİ
hurriyet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.