Vətən müharibəsi: Füzuli şəhərinin və yeddi kəndin işğaldan azad edilməsindən üç il keçir - VİDEO

17-10-2023, 08:58           
Vətən müharibəsi: Füzuli şəhərinin və yeddi kəndin işğaldan azad edilməsindən üç il keçir - VİDEO
Bu gün Füzuli şəhərinin və Füzuli rayonunun yeddi kəndinin işğaldan azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin bu günü Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərini düşmən tapdağından azad edib.

Və nəhayət, həmin gün Füzuli şəhəri erməni işğalçılarından təmizlənib.

Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına Prezident İlham Əliyev canlı yayımda çatdırıb.
Prezident qələbə sevincini həm də “Twitter”də (hazırda “X” - red.) xalqla bölüşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru