Gələn il ölkəmizdə referendum KEÇİRİLƏCƏK? – Deputatdan MÜHÜM AÇIQLAMA

17-10-2023, 09:56           
Gələn il ölkəmizdə referendum KEÇİRİLƏCƏK? – Deputatdan MÜHÜM AÇIQLAMA
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il üçün seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə xərclər açıqlanıb.

Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat ayrılması nəzərdə tutulub
Görünən odur ki, gələn il üçün dövlət büdcəsində seçki xərclərinin birdən-birə 2.3 dəfə artırılması nəzərdə tutulur.

Görəsən bu istiqamətdə büdcə artımına səbəb nədir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, rəqəmlərlə tanışlıq referendumun keçirilməsinin mümkünlüyü qənaətinə gəlməyə əsas verir:

“2023-cü ilin dövlət büdcəsilə müqayisədə gələn ilin dövlət büdcəsində seçkilər və statistika ilə bağlı xərclərin iki dəfədən də çox artırılması nəzərdə tutulur. Seçki və referendum keçirilməsi məsələsi Prezidentin səlahiyyətində olan məsələdir. Ölkənin ali siyasi rəhbərliyi məqsəd biləcəyi təqdirdə, referendumun keçirilməsi də istisna deyil. Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunan məsələlər sırasındadır.

Rəqəmlərlə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, referendumun keçirilməsi mümkün ola bilər.

Bunu dəqiq bilmirəm, amma hər halda rəqəmlərin özü də bir göstəricidir. Qarabağda baş verən son proseslər, bayrağımızın artıq Xankəndi, Xocalı və Xocavənd və Ağdərədə dalğalanması yeni reallıqlar deməkdir.
Belə olan təqdirdə, Konstitusiyaya yenidən baxılması, ora müəyyən düzəliş və əlavələrin edilməsi məsələsi aktuallaşa bilər. Bütün bu reallıqları nəzərə alıb, büdcədə seçkilərlə bağlı xərclərin artırılmasının motivlərini başa düşmək olar. Düzdür, bu istiqamətdə hələlik hər hansı bir müzakirələr olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.