Gürcüstanın imkanı olsa, Türkiyə+Azərbaycan ilə Ermənistan arasında Çin səddi hörər.

16-11-2023, 11:04           
Gürcüstanın imkanı olsa, Türkiyə+Azərbaycan ilə Ermənistan arasında Çin səddi hörər.
Gürcüstanın xarici işlər naziri Ilia Darchiashvili deyir ki, Fransanın Ermənistan göndərdiyi silahların Gürcüstan üzərindən daşınmasında heç bir problem yoxdur. Biz Azərbaycana da, Ermənistana da Gürcüstan üzərindən mal daşınmağa bərabər haqq tanıyırıq...
Bəzi sadəlövh dostlarımız deyir ki, Gürcüstan Cənubi Qafqazda əmin-amanlıq olması üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır...
Təbii ki, bu, ciddi söhbət deyil. Gürcüstanın imkanı olsa, Türkiyə+Azərbaycan ilə Ermənistan arasında Çin səddi hörər. Çünki bu ölkələr arasında anlaşmanın əldə olunması Gürcüstanın dövlət maraqlarına ciddi şəkildə ziddir.
Zəngəzur dəhlizinin açılması Gürcüstan üçün milyard dollarlarla itki deməkdir. Balaca ölkə üçün bu, son dərəcə böyük itkidir. Hələ orasını da düşünün ki, Azərbaycan Neft və Qaz kəmərini Ermənistandan keçirsə, Gürcüstanın halı necə olar...
Gürcüstan faktiki olaraq Türkiyə və Azərbaycanın hesabına ayaqdadır. Gördüyünüz kimi, özlərini yaxşı aparmırlar. Şübhəsiz ki, Azərbaycan bu yaramazlığa görə Gürcüstanı bu və ya digər şəkildə cəzalandıracaq...
Ən pisi isə odur ki, Azərbaycanı Türkiyə ilə birləşdirəcək 3 ölkə var: İran, Ermənistan və Gürcüstan. Bunların içində yenə ən abırlısı Gürcüstandır. İran da, Ermənistan da Azərbaycana düşmən mövqeyində olan ölkədir. Bax bu kimi səbəblərə görə Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi məsələsində təkid edir...
Elbeyi Hesenli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.