Bayden və Şi San-Fransisko yaxınlığında çoxdan gözlənilən danışıqlar aparacaqlar

16-11-2023, 11:34           
Bayden və Şi San-Fransisko yaxınlığında çoxdan gözlənilən danışıqlar aparacaqlar
ABŞ prezidenti Co Bayden və Çin prezidenti Şi Tsinpin çərşənbə günü San-Fransisko şəhəri yaxınlığındakı tarixi mülkdə danışıqlar aparacaqlar.

Danışıqların əsas mövzusu dünyanın iki ən böyük iqtisadiyyatının hərbçiləri arasında normal rabitə kanallarının bərpasıdır.

Çin bu əlaqələri 2022-ci ilin avqustunda kəsib. Buna səbəb isə o zamankı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri olub. Rəsmi Pekin sözügedən adanı Çinin bir hissəsi hesab edərək müstəqilliyini tanımır.

Digər tərəfədən Pekin və Vaşinqton arasında münasibətlər fevral ayında prezident Baydenin ABŞ üzərində uçan Çin kəşfiyyat şarının vurulmasını əmr etməsindən sonra pisləşib.

Bayden administrasiyasının bir neçə yüksək rütbəli rəsmisi, o cümlədən dövlət katibi Antoni Blinken, maliyyə naziri Canet Yellen və ticarət naziri Cina Raymondo gərginliyi azaltmaq üçün son aylarda Pekinə səfər ediblər.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı Amerikanın Səsinin Ağ Evin Bürosunun rəhbəri Patsi Vidakusvaraya deyib ki, Bayden "münasibətlərimizdəki çoxlu eniş-yoxuşlardan" sonra Şi ilə qarşıdan gələn görüşü səbirsizliklə gözləyir.

"O iki ölkəyə rəhbərlik edən iki lider olaraq, biz ikitərəfli münasibətlərin sözün əsl mənasında dünyanın ən mühüm münasibətlərindən biri olduğuna inanır və onu indiyə qədər olduğundan daha məsuliyyətli əsaslarla təməlini qoymalıyıq" deyə Kirbi bildirib.
Teref. Xocanın Blogu
Görüş San-Fransiskodan təxminən 40 km cənubda yerləşən tarixi Filoli malikanəsində Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilir. Bu, Bayden və Şinin ötən ilin noyabrında İndoneziyanın Bali şəhərində görüşündən sonra ilk görüşdür.

Kirbi, Baydenin Şi ilə görüşünə "güclü mövqedən" başladığını və ABŞ iqtisadiyyatının indi "onilliklərdə olduğundan daha güclü yerdə" olduğunu bildirib.

Bayden-Şi sammiti yanvarda Tayvanda keçiriləcək prezident seçkilərinə bir neçə həftə qalmış baş tutur.

Seçicilərin rəy sorğuları göstərir ki, hakim müstəqillik tərəfdarı Demokratik Tərəqqi Partiyasından vitse-prezident Uilyam Lai
Yeni Taypey şəhərinin keçmiş meri və Kuomintang Partiyasının namizədi Hou Yu-ih-ni-ni qabaqlayır. Hou Yu-ih-ni materik Çinlə daha sıx əlaqələrə üstünlük verir.

Kirbi, Bayden və Şinin Çinlə bağlı nələri müzakirə edəcəyi ilə əlaqədar heç bir konkret məlumat verməsə də deyib ki, “bölgədə və onun hüdudlarından kənarda seçkilərə müdaxiləsinə gəldikdə məsuliyyətsiz davranmaları qeyri-adi hal deyil”.

"Biz inanırıq ki, demokratiyanın əsl gücü maneəsiz və fasiləsiz, xarici müdaxilə ilə zədələnməmiş azad və ədalətli seçkilərdir" deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.