"Rusiya sülhməramlıları müvəqqəti xidmət müddəti bitdikdə ya da erkən vaxtda bölgədən çıxacaq" -

18-11-2023, 00:06           
"Rusiya sülhməramlıları müvəqqəti xidmət müddəti bitdikdə ya da erkən vaxtda bölgədən çıxacaq" -
"Rusiya sülhməramlıları müvəqqəti xidmət müddəti bitdikdə ya da erkən vaxtda bölgədən çıxacaq"
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış atəşkəs bəyannaməsi əsasında regionda yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən (9 noyabr 2020-ci il) 5 il müəyyən edilib. Hazırda Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazilər işğaldan azad edildiyi üçün onlarln fəaliyyətinə ehtiyac varmı?
Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti 3 tərəfli bəyanata görə, 2025-ci ilə qədər müəyyənləşdirilib.

“Hazırda bölgədə onlara ehtiyac olmasa da, Rusiya heyətini burada kiçildərək, dövlət siyasəti olaraq, müqavilənin müddəti bitdiyi zaman bölgədən çıxacaq. Və “müddət bitdiyi üçün çıxdıq” deyə məsələyə bağlayacaq. Rusiya həmin müddətdən əvvəl buradakı kontingentini çıxarmaqda maraqlı olmayacaq. Azərbaycanın 3 tərəfli bəyanatla buna razılıq verdiyini deyəcək. Bu səbəbdən də, rus sülhməramlılarının mövcudluğu, xidmət müddətinin uzadılması 2025-ci ilin 6-cı ayına qalmış müzakirə oluna bilər. Bu, Azərbaycanın verdiyi qərardan sonra müzakirə olunacaq. Azərbaycan Rusiya sülhməramlılarının qalmasına etiraz etməsə, onlar mövcudluğunu davam etdirəcək”-deyən ekspert Azərbaycanın etiraz edəcəyini düşünür. Onun sözlərinə görə, Azərbaycan üçün münaqişə bitib. Ərazi bütövlüyü və suverenliyi təmin olunub. Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərində olmasına heç bir əsas yoxdur.

“Rusiya bir qədər erkən özü ərazidən çəkilməsə, onların fəaliyyət müddəti 2025-ci ilə 6 ay qalmış müzakirə edilə bilər. Amma ola bilər ki, erkən çəkilsin. Orada olan cənub hərbi dairəsinin hərbçilərini gəldikləri Rastova və hərbi dairə komandarlığına geriyə ezamiyyətini təşkil etsin. Biz isə, bu məsələni onların fəaliyyət müddətinin bitdiyi zaman müzakirə edə bilərik. İmzaya hörmət ilə deyilən məsələ var, onu Azərbaycan tərəfi idarə edir.”-deyə Elxan Şıxəliyev vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.