Novbədənkənar prezident seçkiləri günü səs vermək üçün seçki məntəqəsinə gedən vətəndaş necə identifikasiya olunacaq?

26-01-2024, 11:14           
Novbədənkənar prezident seçkiləri günü səs vermək üçün seçki məntəqəsinə gedən vətəndaş necə identifikasiya olunacaq?
Hələlik görünən odur ki, MSK və RİNN seçki məntəqələrində seçicilərin identifikasiyası üçün MyGov-dakı məlumatların yetərli olması haqqında razılığa gələ bilməyiblər.
Yəni vətəndaşla bağlı MyGov-da olan məlumat MSK üçün sadəcə bir "məlumatdır", "rəqəmsal sənəd" statusuna malik deyil.
Hansı ki, vətəndaş bu məlumatları dövlətə məxsus olan biometrik alətlər vasitəsilə əldə edir.
Təəssüf ki, İRİA hələlik bunun hüquqi təminatını tam başa çatdıra bilməyib.
MSK isə deyir ki seçki məntəqəsində olan vətəndaşın üzərində ancaq kağız formada şəxsiyyət vəsiqəsi olmalıdır.
15 il elektron hökumət quruculuğu prosesi gedən bir ölkə üçün, biometrik identifikasiyaya əsaslanan və vətəndaş üçün pulsuz olan SİMA imzasının mövcud olduğu bir zamanda belə bir vəziyyətin sadəcə izahı yoxdur.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.