İran çətin seçim qarşısında – “Fərqli və gözlənilməz qərar verə bilər…”

28-01-2024, 17:40           
İran çətin seçim qarşısında –
ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki hücumlara görə husilərin 4 hərbi liderinə qarşı sanksiya tətbiq etməsi və keçirilən əməliyyatlar qruplaşmanın aktivliyini azaltmayıb. Gərginlik fonunda artıq Çin də husilərin hücumların əziyyət çəkməyə başlayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, Qırmızı dənizdə baş verən hadisələr, husilərin gəmilərə hücumları dünya ticarət dövriyyəsinə ciddi şəkildə problemlər yaradır:

“Artıq Çin də husilərin ticarət gəmilərinə hücumlarından ziyan görməyə başlayıb və problemin həllində maraqlıdır. Husilər İranın regionda proksi qüvvələri sıralarına daxil olduğundan Çin bu problemin həlli üçün rəsmi Tehrana müraciət etmək məcburiyyətində qalıb”.
Politoloqun sözlərinə görə, Çin son dövrlərdə Afrika qitəsinə nüfuz etməyə, buradakı ölkələrlə geniş ticarət əlaqələri qurmağa çalışır:

“Yəni rəsmi Pekin Afrika bazarında Çinin iştirak payını genişləndirməkdə maraqlıdır. Bu baxımdan, İran ABŞ və Böyük Britaniya ilə qarşıdurma vəziyyətində olsa da, istər-istəməz Çinin maraqlarını nəzərə almaq məcburiyyətindədir. Çünki rəsmi Pekin hazırda İrana beynəlxalq məkanda ən effektiv dəstək verən ölkələrdən biridir. Rəsmi Tehran Çinin dəstəyini itirmək təhlükəsini nəzərə almaq məcburiyyətində qala bilər. Xüsusilə də indiki situasiyada İran Çin ilə strateji tərəfdaşlığa möhtacdır.

Belə ehtimal etmək olar ki, Çin öz israrlı tələblərini davam etdirərsə, bu, İranı husilərin hücumları ilə bağlı fərqli qərarlara sövq edə bilər. Halbuki rəsmi Tehranın husilərin hücumlarını bloklaması hazırda İranın regional maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan, İranın indi olduqca qəliz seçim qarşısında olduğu qətiyyən şübhə doğurmur”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.