Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?
20-03-2024, 11:14
Araşdırmalar göstərir ki, ötən ilin yekununa görə bu sahədə üstün vəziyyət Qazaxıstan və Ermənistandadır.
Qazaxıstanda vençur fondları (VC) və yerli şirkətlər ötən il ərzində startaplara 80 milyon $ investisiya yatırıb.
Crunchbase datasına görə regionun ən güclü vençur bazarı Qazaxıstanda cəmləşib. Son illər 5 dəfə artım olub bu sektorda. 20-dən çox VC fondları var. Dövlətin dəstəyi ilə innovasiya ekosistemin inkişafına kompleks yanaşma sərgilənir.
Gürcüstanın təkcə vençur bazarının dövriyyəsinin 21 milyondan çox olması, Özbəkistanın son illərdə sürətlə irəli getməsi yetərincə diqqətçəkəndir.
Digər bir araşdırmaya görə, Ermənistanda yerli VC və yerli angellər tərəfindən maliyyələşmə 3 milyon $ olsa da, erməni startaplara ötən il toplam 216 milyon $ investisiya yatırılıb. Daha çoxunu diaspora fondları ayırıb.
Crunchbase məlumatlarına görə ötən il Azərbaycanda toplam VC və mələk investor yatırımı 2.2 milyon $ olub.
Azərbaycanda hələlik cəmi bir vençur fond var. Bu da cəmi 15, o cümlədən 3 yerli startapa investisiya edib.
Araşdırmadan görsənir ki, regionda Azərbaycanın ekosisteminin inkişafı çox zəifdir, hələlik yalnız Qırğızıstan və Tacikistanı üstələyə bilib.
Ümid edirəm ekosistemin inkişafına cavabdeh olan İRİA, KOBİA və ASAN da belə bir real vəziyyətin fərqindədir .
Fikrimcə İRİA tərəfindən bu sahənin inkişafına xeyli resurslar ayrılsa da görünür ki, səmərəlilik və effektivlik çox zəifdir.
Təəssüf ki, qurumun son hesabatında da vəziyyətin düzəldilməsi üçün komandanın ağlabatan bir yol xəritəsini görə bilmədik.
Düşünürəm ki, adı çəkilən qurumlar bir araya gələrək səylərini gücləndirməlidirlər.
Osman Gunduz
TEREF