Bəs biz, Azərbaycan niyə XOŞBƏXT ola bilmirik?!
22-03-2024, 08:04
“Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatı dərc edilib. Azərbaycan 143 ölkə arasında 101 yerdə qərarlaşıb, siyahıda qonşularımız Seneqal, İran, Nigeriyadır. Reytinqdə Qardaş Türkiyə 98-ci, Ukrayna 105-ci, Ermənistan 82-ci, Gürcüstan isə 91-ci yerdədədir.
Bu tipli reytinqlər tam elmi və dürüst olmasa da, tendensiyalar doğru təsbit edilir, çünki, subyektiv sorğulardan başqa ölkələrin obyektiv iqtisadi-sosial göstəriciləri də nəzərə alınır.
Qardaş Türkiyədə bir neçə ildir ki, ciddi inflyasiya var, qiymətlər artır, həyat bahalaşır – 98-ci yer bununla izah oluna bilər, Ukraynada müharibədir, 105-ci yer hələ yüksəkdir məncə, çünki insanlar ölür, evlər, ailələr dağılır, Ermənistanın nisbətən yüksək, 82-ci yerdə olması da izah oluandır – son 2 ildə Rusiyaya sanksiyalardan yan keçmək üçün etdikləri böyük yardım hesabına iqtisadiyyatları 14% artıb, gəlirləri yüksəlib, həyat səviyyələri artıb, ona görə də, müharibədə hüsrana uğramaqlarına baxmayaraq daha yaxşı nəticə görünür. Gürcüstanla aramızda 10 pillə olsa da, göstəricilərimiz bir-birinə çox yaxındır, yəni, indikatorlara baxanda ciddi fərqmiz yoxdur.
Yaxşı, bəs biz, Azərbaycan niyə XOŞBƏXT ola bilmirik?! Nədən özümüzü xoşbəxt hiss etmirik – axı əksinə olmalıdır, tariximizin ən böyük bəlasından qurtulmuşuq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, arzularımız çin olub, bu gün Şuşadayıq, Xankəndindəyik, Xocalıdayıq, daha xoşbəxt olmalıyıq, bəs nədən bu hesabatda 101-ci yerdəyik?!
Hə, bax burada hökumət papağını qapağına qoyub düşünməlidir – böyük, möhtəşəm tarixi qələbənin dividendlərini toplum hiss etmədi, halbuki, müharibədən həmən sonra bu haqda onlarla dəfə publik müzakirə açdıq, hökuməti düşünüb-davranmağa dəvət etdik, təəssüf ki, cavab gəlmədi, ciddi müzakirə ortamı yaranmadı. Böyük qələbədən sonra vətəndaşların, toplumun gözləntiləri yüksəlmişdi – iqtisadi, sosial, siyasi islahatlar, rifah halının yüksəlməsini gözləyirdi, çünki bu qələbəni xalq əldə etdi, xalqın birliyi-bərabərliyi qələbəni təmin etdi. Prezidnet özü də dəfələrlə bunu vurğuladı, amma, hələ ki, qələbənin dividendlərini xalq görmür – bu isə heç yaxşı əlamət və gedişat deyil.
Toplum iqtisadi və siyasi açılım gözləyir, bəli, tələb etmir, edə bilmir, amma gözləyir, istəyir və ümid edir – hökumət bunu anlasa yaxşı olar, Dövlətimiz üçün yaxşı olar, çünki bu Dövlət bizimdir, hər birimizindir, qalib xalq idarəetmədə, qərarvermədə, iqtisadiyyatda iştirak etməlidir, hələ ki, iştirakçı deyil də, seyricidir, toplumun seyricidən iştirakçıya çevrilməsindən Dövlətimiz ancaq qazana bilər. Seyrici olan toplum məmləkət qarşısında olan növbəti çağırışlara biganə qala, iştirakçıya çevrilməkdən imtina edə bilər - bu heç arzu olunan durum deyil...
Natig Jafarli
TEREF