“Martda Moskvada terror planlaşdırıldığı barədə Rusiyaya məlumat vermişdik” – Ağ Evin Milli Təhlükəsizlik Şurası
23-03-2024, 12:14
“ABŞ mart ayında Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumatları Rusiya hakimiyyət orqanları ilə bölüşmüşdü”.
Azpost.info bildirir ki, bu barədə cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adriann Vatson Reuters agentliyinə bildirib.
Agentlik Ağ Evin sözçüsündən sitat gətirib: “Bu ayın əvvəlində ABŞ hökuməti Moskvada böyük toplantıları, o cümlədən konsertləri hədəfə ala biləcək terror aktı ilə bağlı məlumat əldə edib. Dövlət Departamenti Rusiyadakı amerikalılara açıq xəbərdarlıq edib. ABŞ hökuməti bu məlumatı Rusiya hakimiyyət orqanlarına göndərib”, – Vatson açıqlamasında bildirib.
CNN televiziyası daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatı Rusiyaya İŞİD terror qruplaşmasının Rusiyada terror aktları törətməyi planlaşdırdığı barədə xəbərdarlıq edib. Onların məlumatına görə, bu cür məlumatlar 2023-cü ilin noyabr ayından daxil olub.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fox News-a bildirib ki, o, ABŞ səfirliyinin xəbərdarlığının və Crocus City Hall terror hücumunun nə dərəcədə əlaqəli olduğunu hələ deyə bilməz. Onun sözlərinə görə, Amerika tərəfi “bu ayın əvvəlində Moskva və onun ətrafında terror aktı törədilməsi ehtimalı ilə bağlı bəzi narahatlıqlar var idi.