Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq: Bu, otaq sayına təsir edəcəkmi? - VİDEO

24-03-2024, 07:04           
Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq:
Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq.

İşğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır.

Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq sayına uyğun verilməsi qaydasına da təsir göstərə bilərmi?

Milli Məclisin deputatı Zahid Oruc deyir ki, 936 yaşayış yerinin hamısının bərpa olunması 100 milyardlarla manat vəsait demək olardı: “Axı ölkəmizin işğala məruz qalmamış bölgələrinin də məktəb, fabrik, zavod və sairin açılması ehtiyacları var. Otaq sayında xüsusi azalmanın olacağını düşünmürəm”.

Daha ətraflı İTV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru