"Ermənistanda daşı daş üstündə qoymarıq"-HƏRB EKSPERT
19-04-2017, 01:41
"Amerika səfiri nazirliyə çağırılmalıdır” – Ermənilərin Amerika hərbi sistemindən istifadəsinə münasibət
Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş "Dağ tülküsü” və "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni mediasına müsahibəsində təmas xəttinə yerləşdirilən yeni hərbi texnologiyalardan danışıb.
Miq.Az-ın xəbər verir ki, işğalçı general aprel savaşından sonra Qarabağda təmas xəttinə çoxfunksiyalı Amerika hərbi sisteminin yerləşdirildiyini bildirib. Tadevosyanın sözlərinə görə, bu xüsusi sistemləri Ermənistana Amerika verib. O, texnologiyanın adını çəkməsə də, yalnız az sayda ölkənin bu texnikaya malik olduğunu deyib.
Tadevosyanın sözlərinə görə, Amerika istehsalı olan hərbi sistem gecə-gündüz qarşı tərəfin texnikasını və bütün manevrlərini nəzarətdə saxlayır. Bu sistem eyni zamanda 10 funksiyanı icra edir.
İşğalçı general rəsmi Bakının müvafiq hərbi sistemin Qarabağda yerləşdirilməsinə etiraz etdiyini, amma onların bu etiraza məhəl qoymadıqlarını deyib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik- leytenant Üzeyr Cəfərov A24.az-a açıqlama verərək bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi və Azərbaycanın Xarici İşlər Nazirliyi Amerikanın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etməli və ondan izahat almalıdılar.
"Amerikadan soruşmaq lazımdır ki, o həm ATƏT-in Minsk qrupunun həmsədri kimi sülh yaratma missiyasını həyata keçirir, eyni zamanda işğalçıya silahlar verir. Biz bunu necə başa düşməliyik?”
Ekspert bildirib ki, aprel savaşlarında Azərbaycan ordusu Ermənistan ordusunu cavab atəşləri ilə yerinə oturtdub. Bu olaydan sonar Tadevosyan müsahibə verib, hərbi qüvvələrində boşluqların olduğunu açıqladı.
"O gah deyir ki, boşluqlar vardı və biz o boşluqları doldururuq, gah da deyir ki, biz Amerikadan silahlar almışıq və o silahları təmas xəttində yerləşdirmişik. Tadevosyanın sözlərinə görə, bu silahla Bakını ən dərinliklərinə qədər izləmək imkanları var. Bu əlbətdəki yalandır. Tadevosyanın bu cür yalan ifadələrinə artıq alışmışıq. Bu heç də təəccüblü deyil. O gah Mingəcevri vuru, gah Naxçıvanı, gah da Bakını. Yalnız gündəmə gəlmək üçün danışan qeyri-ciddi adamdır”.- deyə Cəfərov bildirdi.
Ermənistanda daşı daş üstündə qoymarıq
Cəfərov Azərbaycan ordusunun hazırkı vəziyyətinin çox yüksək səviyyədə olduğunu dedi.
”Bu gün ən müasir pilotsuz ucan aparatlar Azərbaycandadır. Kosmosda peykimiz var. Bu peyk yalnız sülh məqsədləri üçün deyil, o bizim avadanlığımızdır və biz o avadanlıqdan istədiyimiz formada istifadə edə bilərik. Bunun üçün heç kimdən qorxub çəkinmirik. Təkcə Azərbaycanın Türkiyədən aldığı "Qasırğa” kompleksi Ermənistanda daşı daş üstündə qoymayacaq”.